Türkiyə-Ermənistan sazişinin şərtləri məlum olub
Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı bu ilin aprelində imzalanması gözlənilən sazişin şərtləri məlum olub.
Lent.az-ın “Star” qəzetinə istinadən məlumatına görə, sənəddə rəsmi İrəvan və Ankara arasında diplomatik əlaqələrin qurulması, Ermənistanın Türkiyədə, Türkiyənin Ermənistanda səfirliklərinin açılması, ortaq tarix komissiyasının yaradılması, 1915-ci il hadisələrinin araşdırılmasının həmin komissiyaya həvalə edilməsi nəzərdə tutulub.
Bundan başqa, sənəddə Qarş Müqaviləsinin müzakirə edilməsi, Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi, sərhədlərin açılması və ticari əlaqələrin qurulması göstərilib.
Bunların bəziləri birbaşa, bəziləri isə mərhələli şəkildə həyata keçiriləcək.
Qəzet yazır ki, Türkiyə ilə Ermənistan arasında 2007-ci ildə İsveçrədə başlayan və indiyədək davam edən gizli danışıqlar nəticəsiz qalmayıb. Bu prosesə paralel olaraq, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları da davam etdirəcək.
Qeyd edək ki, bu sazişin aprelin 24-dən əvvəl imzalanacağı bildirilir.

1225