Amnistiya Aktı layihəsi parlamentə tövsiyə edildi
11 mart 2009 10:00 (UTC +04:00)

Amnistiya Aktı layihəsi parlamentə tövsiyə edildi

“Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsi Azərbaycan Milli Məclisinə tövsiyə edilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri Daimi Komissiyasının iclasında “Novruz bayramı münasibəti ilə Amnistiya elan edilməsi haqqında” qərar layihəsinin müzakirəsi başa çatıb.

APA-nın xəbərinə görə, komissiya qərar layihəsini Milli Məclisə tövsiyə edib.
İclasda bildirilib ki, layihə millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən təqdim olunub.

Layihədə qeyd olunub ki, amnistiya aktı Cinayət Məcəlləsinin 15.4, 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusi ağır, həmçinin 101, 115.1, 119.1, 122.2, 124.2, 125, 127.2, 133.1, 133.2, 136.3, 137, 138.2, 138.4, 139.2, 140.2, 140.4, 141.4, 144-2.2, 145.2, 146.2, 150.1, 151, 152, 159.4, 162.2, 170.1, 170.2, 171.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 189-1.4, 192.2, 193-1.1, 194.2, 195.2, 196.2, 199.3, 200.4, 200-1.3, 201.2, 204.1, 205, 206.1, 206.2, 208, 213.2 və s. maddələri üzrə tətbiq olunan cəzalara şamil edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615

Oxşar yazılar