“Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətin üzərinə yeni öhdəliklər qoyur”
Bakıda Referendum Aktına həsr olunmuş beynəlxalq tədbir keçirilib
Bu gün Bakıda Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun (BİQ) təşkilatçılığı ilə “Azərbaycan Respublikasında 18 mart 2009-cu il referendumunun siyasi və hüquqi əsasları” adlı beynəlxalq konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və BİQ-in sədri Kamil Səlimov açıb. Hər iki çıxışçı tədbirin əhəmiyyətindən danışıblar. F.Ələsgərov deyib ki, Konstitusiya canlı sənəddir, bu səbəbdən də ana qanun cəmiyyətlə birgə inkişaf etməlidir. “Hətta ən mütərəqqi konstitusiyalar da dəyişdirilə bilər” – deyə, o əlavə edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi Komissiyasının sədri Əli Hüseynov Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı geniş məlumat verib.
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, BİQ-in üzvü Əliməmməd Nuriyev “Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinə dair BİQ-in rəyini açıqlayıb.
O deyib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər dövlətin üzərinə yeni öhdəliklər. Ə.Nuriyev misal kimi Konstitusiyanın 12, 15 və 17-ci maddələrinə təklif edilən əlavə və dəyişikliklər göstərib.
Onun sözlərinə görə, əlavə və dəyişikliklər demokratik proseslərlə bağlı heç bir məhdudiyyət yaratmır.
Tədbirdə Belçika Konstitusiya Məhkəməsinin hakimi, BİQ-in üzvü Jan Pol Murman, Avropa Şurası Parlament Assambleyasının üzvü (birləşmiş Krallıq) Maykl Hakok, həmçinin digər beynəlxalq və yerli ekspertlər başqaları mövzu ilə bağlı hazırladıqları məruzəni iştirakçıların diqqətinə çatdırıblar.
Pərvin ABBASOV

1425