ATƏT-in Bakı Ofisi Gəncədə seminar keçirib
Seminar referenduma həsr olunub
ATƏT-in Bakı Ofisi Gəncədə “Seçki prosesinə müdaxilələrin qarşısının alınmasına dair məlumat sessiyaları” mövzusunda seminar keçirib. Tədbirdə qurumun rəhbəri Aleksis Şahtaxtinski, Prezidentin İcra Aparatı, Mərkəzi Seçki Komissiyasının səlahiyyətli nümayəndələri, 20-dən artıq şəhər və rayonun İcra Hakimiyyəti başçıları, Dairə Seçki Komissiyalarının sədrləri iştirak edib.
Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, seminarda İcra Hakimiyyəti başçıları və DSK sədrləri seçki prosesinə müdaxilə hallarının qarşısının alınmasına dair qanunun tələbləri barədə məlumatlandırılıb. Bildirilib ki, əsas məqsəd demokratik prinsiplərə cavab verən, şəffaf səs vermənin keçirilməsidir.
ATƏT-in Bakı ofisinin rəhbəri Aleksis Şahtaxtinski xüsusi vurğulayıb ki, maarifləndirici görüşlərin müsbət nəticə verməsi daha öncəki təcrübələrdən məlumdur.
Analoji seminarlar bundan sonra Bakı və Şirvan şəhərlərində təşkil olunacaq.
Vüsalə Cənnətova

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07