Hidayət Orucov Qətər dövlətinin səfirini qəbul edib
Görüşdə Azərbaycandakı dini durum, dövlət və din qarşılıqlı münasibətləri müzakirə olunub
Martın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Qətər dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək Bin Fəhd Casim Al Tanini qəbul edib.
Komitədən Lent.az-a verilən məlumata görə, H.Orucov görüş zamanı bildirib ki, Qətər dövlətinin ölkəmizdə səfirliyinin açılması mühüm hadisədir.
Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz torpağının işğal edildiyini bildirən Dövlət Komitəsinin sədri müsəlman dövlətləri arasında həmrəyliyin çox mühüm bir amil olduğunu vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlıq edən səfir Prezident İlham Əliyevlə Qətər dövlətinin əmiri arasında çox yaxın dostluq əlaqələri olduğunu qeyd edib. Səfir bildirib ki, Qətər dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və öz mövqeyini bütün beynəlxalq təşkilatlarda ifadə edir.
Görüş zamanı Azərbaycandakı dini durum, dövlət və din qarşılıqlı münasibətləri barədə ətraflı məlumat verən Hidayət Orucov qonağı maraqlandıran bir çox suallara cavab verib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59