Səfir Debnath Shav: “Hindistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
İqtisadi böhran Hindistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa təsir etməyib
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Hindistan dövlətinin mövqeyində heç bir dəyişiklik yoxdur. Lent.az-ın məlumatına görə, bu barədə Gəncəyə səfəri zamanı jurnalistlərə Hindistanın ölkəmizdəki səlahiyyətli səfiri Debnath Shav bildirib. O bir daha bəyan edib ki, Hindistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bundan başqa, səfirin bildirdiyinə görə, dünyada hökm sürən iqtisadi böhran Hindistanla Azərbaycan arasında iqtisadi əməkdaşlığa təsir etməyib. “Hindistanla Azərbaycan arasında ötən il ticarət dövriyyəsi 2,5 milyard dollar təşkil edib. Azərbaycanla iqtisadi əməkdaşlığı daha da artırmaq istəyirik. Hazırda Hindistan dövləti Azərbaycanın ticarət tərəfdaşları içərisində 4-cü sıradadır. Hindistan Azərbaycandan neft alır. Azərbaycana isə boksit kimyəvi maddəsi gəlir ki, bu da Gəncənin Gil Torpaq İstehsalat Birliyində istifadə edilir” - deyə səfir bildirib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Qurgen Stepanyandan ETİRAF: Ermənistan vətəndaşları olan zabitlər sayca üstünlük təşkil edib
10 aprel 2025 , 22:51
Ermənistan vətəndaşından etiraf: Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim
10 aprel 2025 , 21:04
İsrail "qırmızı xətt"i göstərdi - Bakı görüşünün DETALLARI - YENİLƏNİB
10 aprel 2025 , 14:54
Xanlar Vəliyev sabah hakim TƏYİN OLUNUR
10 aprel 2025 , 10:35
Təbrizin “Traxtor”u – Cənubdakı milli simvolumuz
9 aprel 2025 , 20:15
Türkiyədən İsrailə TƏHDİD: Üç günə Təl-Əvivə girə bilərik
9 aprel 2025 , 19:01
Əfv Komissiyasının iclası keçirildi
9 aprel 2025 , 17:56