Səfir: “ABŞ-ın yeni administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
04 mart 2009 11:30 (UTC +04:00)

Səfir: “ABŞ-ın yeni administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır”

Enn Dersi münaqişənin həllinin ABŞ və Rusiyadan asılı olmasına dair səsləndirilən bəzi ifadələri düzgün saymır
ABŞ-ın yeni administrasiyası Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib.
“Trend”in məlumatına görə, Dersi bildrib ki, Qarabağ Azərbaycanın ağır problemidir və ABŞ bunu qəbul edir və bu problemi həll etməkdə Azərbaycana kömək etmək istəyir.
Səfir hesab edir ki, yalnız Ermənistan və Azərbaycan sülhə nail ola bilər, biz isə bu ölkələrə kömək edə bilərik.
Onun sözlərinə görə, münaqişənin həllinin ABŞ və Rusiyadan asılı olmasına dair səsləndirilən bəzi ifadələr düzgün deyil. "Bu belə deyil", - deyə Dersi bildirib.
2008-ci ilin noyabrında ABŞ-da prezident seçkisi keçirilib və Demokratlar partiyasından olan namizəd Barak Obama Birləşmiş Ştatların yeni prezidenti olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023

Oxşar yazılar