AzərTAc-ın 89 yaşı tamam oldu
Martın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) 89 yaşı tamam olub. Lent.az-ın məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti tərəfindən yaradılmış AzərTAc hazırda ölkə daxilində və xaricdə xəbərlər yayan yeganə rəsmi dövlət informasiya agentliyidir.
Fasiləsiz rejimdə fəaliyyət göstərən AzərTAc rəsmi dövlət xəbərləri ilə yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında bütün sutka ərzində dünyanın 80-dən çox ölkəsinə Azərbaycan, ingilis, alman və rus dillərində dəqiq, operativ xəbərlər göndərir və qəbul edir, il ərzində 60 minə yaxın xəbər hazırlayıb yayır, təqribən 3 min fotoçəkiliş aparır. AzərTAc-ın gün ərzində dünya üzrə 10 minə yaxın müraciət olunan yeniləşdirilmiş saytı BMT-nin Cenevrə ofisinin informasiya mərkəzinin internet səhifəsində yerləşdirilib.
AzərTAc-ın Türkiyə, Rusiya, ABŞ, Fransa, Almaniya, Avstriya, İran, Ukrayna və Gürcüstanda, Orta Asiya və Qazaxıstanda, respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir.
AzərTAc Anadolu Agentliyi (Türkiyə), İTAR-TASS (Rusiya), Sinxua (Çin), Ukrinform (Ukrayna), BTA (Bolqarıstan), ANSA (İtaliya), İRNA (İran), AGERPRES (Rumıniya), TANYUQ (Serbiya), BELTA (Belarus), Moldpres (Moldova), ATA (Albaniya), MTI (Macarıstan), MENA (Misir), PETRA (İordaniya), ANTARA (İndoneziya), MONTSAME (Monqolustan), Yonhap (Koreya Respublikası), LETA (Latviya) informasiya agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilib. 2007-ci ilin dekabrında Cakartada OANA Baş Assambleyasının 13-cü iclasında təşkilatın İcraiyyə Komitəsinin 6 büro üzvündən biri seçilib. AzərTAc Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən biridir. 2008-ci ildən "AsiaPulse" - Asiya xəbər agentlikləri konsorsiumunun üzvüdür.
2008-ci il aprelin sonu – mayın əvvəlində bakıda TKA Baş Məclisinin VII iclası keçirilib, AzərTAc həmin vaxtdan quruma sədrlik edir. 2008-ci ilin sentyabrında AzərTAc-ın ev sahibliyi ilə Bakıda OANA İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilib. Həmin vaxt ilk dəfə 20-dən çox ölkənin ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri Azərbaycana gəlib. Eyni zamanda, bilavasitə AzərTAc-ın təşəbbüsü ilə ilk dəfə OANA və EANA-nın rəhbərliyi birlikdə tədbirdə iştirak edib.
Pərvin ABBASOV

Oxşar yazılar

İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48