“Xocalıya Ədalət” Kampaniyasının Türkiyədə rəsmi açılışı olub
“Amerikanın Erməni Milli Komitəsi” bu yaxınlarda məhkəməyə verilib
Bu gün “Xocalıya Ədalət: humanitar və hüquqi tanınma perspektivləri” mövzusunda keçirilmiş konfrans ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına Türkiyədə start verilib. Konfrans Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə İstanbul Dünya Ticarət Mərkəzində yerləşən Forumun Baş Qərargahında millət vəkilləri, hökumət nümayəndələri, bələdiyyə başçıları, elm adamları və önəmli media qurumlarının iştirakı ilə təşkil edilib.
Lent.az-a verilən məlumata görə, konfransın açılışı “DUA” filminin nümayişi ilə başlanıb. Daha sonra DƏ-İKGF-nin Baş Katibi Elşad İsgəndərov təşəbbüsün önəmi barədə söz açıb, kampaniyaya 20-dən artıq ölkədə start verildiyini vurğulayıb və qardaş Türkiyənin ictimaiyyəti və hökumətinə kampaniyaya verdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Kampaniyanın Türkiyə üzrə milli koordinatoru, gənc tarixçi Əminə Yetim “Xocalıya Ədalət” kampaniyasını və www.justiceforkhojaly.org internet saytını təqdim edib.
Konfransın açılışında çıxış edən DƏ-İKGF-nin Prezidenti Ali Sarıkaya, İstanbul Böyük Şəhər Bələdiyyəsi Gənclər və İdman müdiri Enis Erdem kampaniyanın vacibliyini vurğulayaraq təmsil etdikləri qurumlar tərəfindən kampaniyanın keçirilməsinə hərtərəfli dəstək veriləcəyini bildiriblər.
Konfransın plenar iclaslarında vurğulanıb ki, Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri aradan qaldırılmadan, işğal edilmiş torpaqlar azad edilmədən, o cümlədən Xocalı faciəsinə görə Azərbaycandan üzr istənilmədən işğalçıya qarşı beynəlxalq təzyiq azalmamalıdır. Bu prizmadan, Türkiyənin Ermənistanla sərhədlərin açılmaması siyasətinin davam etdirilməsinin zəruriliyi də vurğulanıb.
Konfransda çıxış edən Hollywood-un ilk türk kökənli prodüseri Mehmet Çelebi ABŞ-da türk diasporunun Xocalı məsələsini daim gündəmdə saxladığını bildirib. O, deyib ki, təmsil etdiyi Çikaqo Türk Diasporunun fəaliyyəti nəticəsində Xocalı faciəsinin fəal şəkildə inkarı siyasətini yürüdən nüfuzlu “Amerikanın Erməni Milli Komitəsi” bu yaxınlarda məhkəməyə verilib.
Tədbirin sonunda rejissor Korhan Yurtseverin çəkdiyi Xocalı faciəsinə həsr olunmuş “Bu Son Olsun” filmi nümayiş etdirilib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59