“Türkiyədə Azərbaycan filmləri dublyajsız verilsə, biz də tərcümə etmərik” - EKSKLÜZİV
Nuşirəvan Məhərrəmli: “Bu məsələdə də ajiotaj yaradırlar”
“Gəlin bu məsələni gələcəyə buraxmayaq, hər şeyin öz vaxtı var. Gələcəkdə türk filmlərinin dublyajsız verilməsi ola da bilər, olmaya da bilər. Əgər hüquqi cəhətdən hər hansı bir dəyişiklik olarsa, niyə də olmasın? Yəni, Türk dili Azərbaycan dili ilə qanunvericilik formasında təsbit olunarsa, bu məsələyə baxa bilərik”. Bu eksklüziv açıqlamanı Lent.az-a Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli verib. “Türkiyədə Azərbaycan filmlərinin dublyaj edilib-edilmədən efirə verilməsini bilmirik. Ancaq belədirsə, daha yaxşıdır, biz də ona doğru gedərik. Əgər onlar tərcümə etmədən verirlərsə, biz də tərcümə etmərik” – deyə, N.Məhərrəmli bildirib.
Azərbaycanın efir məkanında Türk dilində filmlərin yayımının dayandırılmasından sonra ölkə əhalisinin peyk antenalarına marağının artmasına gəlincə, N.Məhərrəmli bunları deyib: “Bu, bizə aid olan məsələ deyil... Bilirsiz, bu məsələdə də ajiotaj yaradırlar. Amma onu deyim ki, qabaqcıl Avropa ölkələrində olan praktikanı biz də tətbiq etməyə başlayırıq. Daha doğrusu, biz bunu gözüyumulu tətbiq etmirik. Məsələn, hazırda Azərbaycanda kabel şəbəkəsi inkişaf etməyə başlayır. İnsanlar kabel şəbəkəsinin xidmətindən istifadə edəndə onun daha səmərəliliyini görürlər. Yəni müxtəlif ölkələrin telekanallarına aşağı qiymətlə baxmaq imkanı var. Əgər eyni vaxtda bir nəfər Avropa istiqamətində, başqa birisi Şimal, digəri isə Cənub istiqamətində bir neçə peykə qoşulmaq istəyəcəklərsə, bu, problem yaradacaq. Ancaq kabel televiziyasına qoşulmaqla bütün ölkələri əhatə edəcək. Peyk antenaları həm şəhərin görünüşünə, həm də təhlükəsizliyinə pis təsir göstərir. Təsəvvür edin, 15-ci mərtəbədə insanlar peyk antenaları quraşdırırlar. Bir də var ki, çox aşağı qiymətlə – 8-10 manat 100-dən çox xarici kanala baxır. Ancaq istənilən halda, insanlar özləri seçim edəcək. Bizim antenalarla bağlı hər hansı bir işimiz yoxdur”.
Xatırladaq ki, Milli Televiziya və Radiş Şurasının qərarına əsasən, 2009-cu il yanvarın 1-dən etibarən türk filmləri, həmçinin türk dilində olan verilişlər (bəzi istisnalar olmaqla) digər xarici filmlər və verilişlər kimi dublyaj olunaraq efirə verilməlidir.
Pərvin ABBASOV

2016