Ermənilər ATƏT-in nümayəndələrini atəşə tutublar
26 fevral 2009 14:30 (UTC +04:00)

Ermənilər ATƏT-in nümayəndələrini atəşə tutublar

Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı atəşkəs pozulub



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 26-da Azərbaycan Respublikası Füzuli rayonu ərazisində Füzuli-Horadiz yolu yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılırdı.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Vladimir Çountulov, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və İrji Aberlenin keçirmələri nəzərdə tutulurdu.

Bu gün saat 12.00-da planlaşdırıldığı kimi monitorinqə start verilib və hər iki tərəfdə olan nümayəndələr müşahidələrə başlayaraq, vəziyyətlə bağlı bir-birləri ilə radio vasitəsilə əlaqə yaradıblar. Elə bu zaman erməni tərəfdən avtomat silahıyla iki dəfə tək-tək, sonra isə aramsız atəş açılıb. Daha sonra isə bir dəfə tək atəş açılıb və bununla da avtomatların səsi kəsilib. Aydın görünüb ki, həmin atəşlər Azərbaycan tərəfdə olan monitorinq qrupuna yönəlib. Hətta beynəlxalq monitorinq qrupunun nümayəndələri də güllə səsindən açıqca hiss ediblər ki, atəş onlara tərəf açılıb. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjev Kaspşik monitorinqi dərhal dayandırmağa göstəriş verib. Eyni zamanda o, qarşı tərəfdə olan monitorinq qrupuna baş vermiş insidenti araşdırmağı tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1253

Oxşar yazılar