Türkiyə parlamentində Xocalı soyqırımı ilə bağlı çıxışlar olub
Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi millət vəkillərinin çıxışı olub.
APA-nın xəbərinə görə, ilk olaraq söz alan Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Mustafa Kabakçı 1992-ci il fevralın 26-da ermənilərin sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalı şəhərində azərbaycanlıları soyqırıma məruz qoyduğunu bildirib. O, kütləvi qırğında 613 azərbaycanlının vəhşicəsinə öldürüldüyünü, 418 nəfərin ağır yaralandığını, 1274 nəfərin əsir götürüldüyünü, 150 nəfərin isə itkin düşdüyünü millət vəkillərinin nəzərinə çatdırıb: “Vəhşətini ürəyimizdə hiss etdiyimiz faciə zamanı bəzi şəhidlərin başları qoparılıb, insanlar diri-diri yandırılıb, qadınlar, körpələr vəhşicəsinə qətlə yetirilib. Vətəndaşlarımız bunu unutmayacaq. Min il ərzində təbəəmiz olmuş ermənilər torpaqlarımızda sərbəst və azad şəkildə yaşamaqlarına baxmayaraq, birinci dünya savaşı sonrasında da Ərzurumda, Ərdahanda buna bənzər qətllər törətmişdilər. Bu, türk millətinə nifrətin təzahürüdür. Biz Azərbaycan torpaqlarının işğalına son qoyulması, qaçqınların öz yurdlarına dönməsi üçün cəhdlərimizi davam etdirəcək və bu məsələni gündəmdə saxlayacağıq”.
M. Kabakçıdan sonra Milliyyətçi Hərəkat Partiyasından (MHP) Şenol Bal söz alıb. Ş. Bal Xocalı faciəsini insanlıq tarixində qara ləkə adlandırıb. Qeyri-rəsmi məlumatlara əsasən Xocalıda 1300 dinc sakinin qətlə yetirildiyini açıqlayan Ş. Bal deyib ki, ortada ciddi dəlil-sübutların olmasına baxmayaraq, soyqırımın tanınması və cinayətkarların məsuliyyətə cəlb olunması istiqamətində heç bir addım atılmayıb: “Xocalıda gözləri oyulan, başının dərisi soyulan, bədənlərinin bəzi orqanları kəsilən, diri-diri yandırılan insanlar, qarınları yarılan hamilə qadınlar olub. Bu Azərbaycan türklərinə Tanrıdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm”.
Xanım Bal Azərbaycan türklərinə qarşı soyqırımın əslində 200 ildir davam etdiyini vurğulayıb. O, 1915-ci, 1918-ci, 1920-ci və sonrakı illərdə yüz minlərlə azərbaycanlının öldürüldüyünü və tarixi torpaqlarından zorla köçürüldüyünü bəyan edib. Müxalifətçi millət vəkili son olaraq 1988-ci ildə 250 mindən çox azərbaycanlının Ermənistandan qovulduğunu, Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalı və Ermənistan birləşdirilməsinin 1993-cü ildə başa çatdığını söyləyib. Türkiyədə ermənilərdən üzr istəyən saxta ziyalıları pisləyən Ş. Bal ölkə ictimaiyyətinin İsrailin Qəzzada törətdiyi zülmə kütləvi etirazını da xatırladıb: “Millət olaraq həmişə məzlumun yanında yer almışıq. Baş nazir Davosda ortaya qoyduğu davranışla onu tənqid edənlərin də təqdirini qazandı. Biz baş nazirin eyni qətiyyəti Azərbaycan və Kərkük məsələsində də göstərməsini gözləyirik. Amma hazırda Türkiyə azəri qardaşlarımızı rəncidə edən, incidən bir mövqe tutub. Baş verənlər unutdurulmağa və xarici qüvvələrin təzyiqi ilə Ermənistanla sərhəd qapısı açılmağa çalışılır”.
Ş. Bal bildirib ki, Türkiyə ilə Ermənistan arasında münasibət qurulması və sərhədlərin açılması yalnız aşağıdakı şərtlər daxilində mümkündür:
1. Ermənilər tarixi gerçəklərlə əlaqəsi olmayan “soyqırım” iddialarından vaz keçməlidir;
2. Ermənistan Türkiyənin ərazi bütövlüyünü rəsmən tanımalı və bunu dünyaya elan etməlidir;
3. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından BMT qərarlarına uyğun olaraq qeyd-şərtsiz çıxmalı, qaçqınlar öz yurdlarına qayıtmalıdır.
Ş. Baldan sonra MHP-dən olan daha bir millət vəkili, türk cümhuriyyətləri ilə əlaqələr üzrə sabiq dövlət naziri Rəşad Doğru söz alıb. O, 26 fevralın Türkiyədə “Soyqırım günü” elan olunması ilə bağlı 1 il əvvəl qanun layihəsi hazırladığını xatırladıb. R. Doğru layihənin müzakirəyə çıxarılaraq qəbul olunmasını istəyib.
Cümhuriyyət Xalq Partiyasından (CHP) Fərid Mövlud Aslanoğlu da Xocalıda həlak olan azərbaycanlıların xatirəsinə hörmətini ifadə edərək CHP millət vəkili Canan Arıtmanın sabah bu mövzuda parlamentdə çıxış edəcəyini deyib.

1462