Xocalı soyqırımı ilə bağlı Taksim meydanında yürüş-mitinq keçiriləcək
25 fevral 2009 15:30 (UTC +04:00)

Xocalı soyqırımı ilə bağlı Taksim meydanında yürüş-mitinq keçiriləcək

Azərbaycan nümayəndə heyəti Türkiyəyə yola düşür

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və təşkilatın bir qrup nümayəndəsi Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar fevralın 26-da təşkil olunacaq mitinq-yürüşdə iştirak etmək məqsədilə Türkiyəyə bu gün səfərə gedəcək. Mərkəzin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, mitinq-yürüşü Beynəlxalq Diaspora Mərkəzi və Türkiyədəki Azərbaycanlıların Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə İstanbulun Taksim meydanında keçiriləcək.

Mitinq-yürüşdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə Xocalı şəhərində baş vermiş soyqırımında şəhid olanlar yad olunacaq. 17 il əvvəl Xocalıda cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülməsi, 487 nəfər şikəst olması Türkiyə və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq.
Türkiyəyə səfər edən BDM-in nümayəndə heyəti Xocalı faciəsini özündə əks etdirən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film, kitablar, plakatlar və bukletlər nümayiş etdirəcəklər.

Mitinqdə BDM-in sədri İsmayıl Ağayevin, ADD-in sədri Teymur Səlcuqun, Türkiyənin və Azərbaycanın millət vəkillərinin, ziyalıların çıxışı nəzərdə tutulub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1285

Oxşar yazılar