Erməni astvasının sirləri
Erməniyə tək Qarabağ işğalçısı, tarixən Azərbaycan torpaqlarına sahiblənən haramzada kimi deyil, yüzilliklər boyu dünya siyasətinə əl qoymağı bacaran millət kimi də baxmaq lazımdır
Erix Fromm yazırdı: "Faşizmlə mübarizə aparmaq və ona qalib gəlmək yalnız o zaman mümkündür ki, onu başa düşürsən". Bizə tuş gələn "faşizm" daha qəliz nəsnədir. Bir tərəfdən özünün xarakterinə və xüsusiyyətinə, tarixinə görə, digər tərəfdənsə onu bilməməyimiz sarıdan. Biz bilmirik ki, "ermənilik" yalnız 1905-ci ilin erməni-müsəlman davasından, 1918-in qətliamından, yüzminlərlə soydaşımızın Qərbi Azərbaycandan qovulmasından, Xocalıdan, Xankəndindən, Şuşadan, cəmi Qarabağdan ibarət deyil. Bunlar, olsa-olsa, erməniliyin üzə çıxan təzahürləridir. Və nə vaxta qədər ki, düşmənə yalnız düşmən gözüylə baxıb, onu öyrənməyə, zəif, güclü tərəflərini müəyyənləşdirməyə çalışmayacağıq, savaşa tələsməməli, qələbədən dəm vurmamalıyıq...
Məşhur yazıçı Qriqori Klimovun "Qırmızı Kabbala" kitabında maraqlı bir məqam var. Yazıçı 80-ci illərin lap əvvəlində (hələ Qarabağ məsələsinin sorağı bizə çatmamış) Nyu-Yorkda erməni lesbiyanların və uşaqbazların təşkil elədiyi bir nümayişdən yazır. Özünün də həmin qəbildən olanların sırasına qatıldığı güman edilən bu nümayişdə Eduard Koç adlı şəhər meri də iştirak edirmiş. Maraqlısı ondadır ki, "Allahın lənətinə tuş gəlmiş" bu adamların özünəməxsus nümayişlərində ayrıca bir cərgə də əllərində "Erməni lesbiyanları" yazılmış plakat tutmuş bir sürü arvadaoxşar erməni məxluqları varmış. Bu "gözəllərin" əllərində və dillərində hansı şüar olsa, yaxşıdır: "Erməni Qarabağı bizimdir!"
Klimov daha sonra yazır: "Görürsünüz, bunlarda hətta cinsi azlıqların nümayişi də siyasi xarakter daşıyır".
Bax belə! Nə az-nə çox. Ermənilərin uşaqbazları 80-ci illərin əvvəllərində Qarabağ məsələsinə özlərinin töhfəsini verdikləri halda, Azərbaycanın qeyrətli kişiləri və namuslu qadınları hələ də Qarabağ məsələsinin həlli yolunda ortaq bir məxrəcə gəlməyə çətinlik çəkirlər.
İndi baxaq erməni uşaqbazlarının 80-cı illərin əvvəllərində Nyu-Yorkun ortasında keçirdikləri nümayişə
və
- bizdə Qarabağın qaytarılması yollarıyla bağlı beyinlərdə hökm sürən xaosa;
- işləri-gücləri Bakı-İrəvan-Xankəndi marşrutu üzrə çömçəsi qırıq tramvay kimi yol ölçən həmsədrlərə, əcnəbi vasitəçilərə, adamın beynini yerindən oynadan mənasız bəyanatlara;
- döyüşsüz-filansız erməni əsirliyinə düşən Azərbaycan Ordusunun əsgərlərinə;
- mavi ekranlarda boy alan, günü-gündən "çiçəklənən" "lazım olsa, torpaqları azad edəcəyik" deyimlərinə;
- icma təfəkkürü ilə düşünən və hərəkət eləyən Qarabağın azərbaycanlı icmasına...
Əlqərəz, sadalamaqla bitən deyil. Belə çıxır ki, bu kafir uşaqlarının "Tanrının lənətinə tuş gəlmişləri" qədər də olmadıq ki, Qarabağı sözdə yox, əməllərdə xalqın əsas müşkülünə çevirə bilək. Belə çıxır, ermənilər üçün Qarabağ davası o qədər əzizdir ki, hətta "lənətlənmişləri"nin də dillərinə düşübmüş. Yazıçıları, şairləri, siyasətçiləri, polis rəisləri, sıraviləri bəs olmadı, cinsi azlıqları işə qatıblarmış. Qorxuram, bir azdan erməninin ölüsü də xortlayıb "Qarabağ bizimdir" çığırsın. İndi təsəvvür edin, Qarabağ məsələsində ermənidən nə qədər geridəyik. Ən azından normal insanla uşaqbazın arasındakı fərq qədər...
Bəli, düşməni tanımadan onunla döyüşə girmək bəri başdan məğlubiyyəti gözünün altına almaq deməkdir. Elə isə "qandan qorxan", "dəyyus dığa"ları daha necə tanıyırıq? Və erməni elə yalnız qandan qorxan, hiyləgər və dəyyusdurmu? Nə vaxta qədər erməninin qədim və çağdaş dünya tarixində əldə etdiyi mövqelər (hansı yolla olursa-olsun), dünyanın qlobal siyasətində tutmuş olduğu yer barədə susmağa üstünlük verəcəyik?
Nədir bu "erməni məsələsi" ki, onun bir ucu da gəlib bizim başımızda çatladı? Bəlkə dünyanın başı xarab olub ki, bir sıra əcnəbi dilli ensiklopediyalarda da bu lənətə gəlmiş "armənskiy vopros"a xüsusi məqalə həsr ediblər?
Tarixə baxanda görürsən ki, bu gün Azərbaycanı Qarabağ müşkülü ilə üz-üzə qoyan həmin ermənilər 19-cu əsrin ortalarında bütün Avropanı ayağa qaldırdılar, Osmanlı boyda İmperiyanın sultanını məcbur etdilər ki, məmləkətin orta göbəyindən beş iri bölgəni Avropanın nəzarətinə versin. Nə var-nə var, ermənilər Avropa dövlətlərinə sübut etdilər ki, osmanlılar onların haqqını tapdayır. Bəli, necə ki, bu gün hamının ağız-ağıza verib "filan yerləri BMT-nin, yaxud, hansısa beynəlxalq təşkilatın nəzarətinə vermək olarmı" müzakirəsinə həvəsli olduğu halı erməni bir millət olaraq nə az-nə çox, düz iki əsr bundan əvvəl keçib, özü də uğurla keçib. Ya da Qarabağ hadisələri təzə-təzə başlayanda DQ-da tətbiq olunan xüsusi idarəetmə statusu kimin yadında deyil? Elə bilirsiniz, bu məsələ bizim, yaxud rusun beyninin məhsulu idi? Qətiyyən, belə xüsusi idarəetmə məsələsi, dediyim kimi, öz mübarizə tarixini gözəl bilən, ondan lazımi ibrət dərsi çıxarmağı bacaran erməni başbilənlərinin ideyaları idi. Çünki erməni bir millət olaraq özünün mübarizəsi, taktikası, stratagiyasını bizlər kimi qısa müddətə, özü də pafos və daxili istehsal üçün deyil, əsrlərə, həqiqi və real nəticə verən hədəflərə ünvanlayıb.
Beləliklə, qarşımızda qətiyyən DQ məsələsiylə məhdudlaşmayan, bundan əvvəl də, bundan sonra da özünün "Böyük Ermənistan", "Dünya ağalığı", "Seçilmiş irq" ideyasına doğru addım-addım yaxınlaşmağı bacaran, qlobal dünya siyasətinin ən qaranlıq qatlarına nüfuz edən, özünün dinini, tanrısını, kilsəsini yaradan bu şeytan balaları olan millət dayanır. Bu şeytan balaları ilə bacarmaq üçünsə mütləq onun keçib gəldiyi tarixi öyrənmək lazımdır.
...Bir neçə il bundan əqdəm məşhur erməni Şarl Aznavurun bir müsahibəsini xatırladım. "Erməniləri yəhudilərlə müqayisə edirlər, bununla razısınızmı?" sualına müğənni təxminən belə cavab vermişdi: "Bəli, biz də yəhudilər kimi tarixən çox zülmlərə məruz qalmışıq. Ancaq bizim sayımız onlardan 2 dəfə az olduğundan, gərək bir erməni iki yəhudinin bildiyi qədər bilsin, iki yəhudinin işlədiyi qədər işləsin!"
...Hələ universitet illərində Osip Mandelştamın şeirlərinin birində işlənən "pişik miyoltusu təki erməni dili" ifadəsi məni o qədər maraqlandırmışdı ki, hətta bu dili öyrənmək həvəsinə də düşmüşdüm. Sonradan qədim yunan, roma müəlliflərindən xeyli şeylər oxudum, ardından lənətə gəlmiş "erməni məsələsi", "erməni koloniyaları" mövzularına müxtəlif yanaşmalarla tanış oldum, əlqərəz, erməniliyin tarixi, siyasi və ictimai köklərinə az-çox bələdçilikdən sonra başa düşdüm ki, bizə tuş gəlmiş "faşizmə" - "erməniliy"ə istehza ilə yanaşmaq yalnız işin ziyanınadır.
Hələ onu da deyim, nə yazıqlar ki, bu illər ərzində Azərbaycanda əsrlərin düşməni olan ermənilər və nəsillərin qənimi sayılan erməniliyi öyrənən, üz-üzə qaldığımız bu antiinsani bəla ilə heç olmasa, nəzəri də olsa, mübarizə və savaş proqramı hazırlayan bir araşdırmaçı struktur formalaşmadı. Bu bir yana, ən azından, "ermənilik yalnız bizim başımıza gələn lokal xarakterli hadisələrdə deyil, daha ciddi və qorxulu qlobal miqyaslı hərəkatlarda təzahür edir" həqiqətini insanlara çatdırmaq mümkün idi. Bunların heç biri olmadı və nəticə göz qabağındadır...
Təbii ki, "ermənişünaslıq" edəsi deyiləm və açığı, bu niyyətdə bulunmağa cəsarət də etmirəm. Məqsədim konkretdir: erməniliyin və erməni millətinin formalaşmasında, "Böyük Ermənistan" dırdırının tarixi inkişafında təkzibedilməz rolu olan, ermənilərin xarakterinə, çağdaş ictimai-siyasi hadisələrdəki "erməni barmağı"na böyük təsir göstərən erməni dininin, erməni kilsəsinin, erməni tanrısının yeri barədə bəzi gərdişlər etmək fikrindəyəm. Bu məsələdə bizə hamı yardımçı olacaq: erməni kilsəsini və dinini xristianlığa üzqarası hesab edən din xadimləri, orta əsrlərin alimləri, xristian bidətçiləri, erməni ilahiyyatçıları, hətta Allahın oğlu İsa və onun həvvarları da. O zaman biləcəyik ki, "xristianlıq pərdəsi" altında işğalçılıq edən, "xristian qardaşları"nın köməyinə arxalanıb "Böyük Ermənistan" "quran", Adəm övladlarının qanı və canı bahasına "xalqının azadlığına çalışan" erməni kilsəsi, erməni "Astivats"ı bu dünyada hətta, "xristian qardaşları" tərəfindən də rədd edilir. Elə isə daha bizə nə lazımdır? Düşmənin amansız silahını - dinini bilməyimiz vacib deyili?
Desəm ki, erməninin gücü onun dinində və astvasındadır, bilmirəm, bununla çox uzağa getmiş olmuram ki? Hər halda, fikrimin təsdiqi kimi, dostlarımdan birinin danışdığı, onun da yaşlı nəslin nümayəndələrindən eşitdiyi hadisə bu mövzuda xeyli şey deyir.
1918-ci ilin qarışıq dövrlərində Quba müsəlmanlarının köməyinə gələn türk paşası bu bölgədə yerləşən bir-iki erməni kəndinin əhalisini tamamilə qırmaq istəyirmiş. Yerli müsəlmanlar paşadan xahiş edirlər ki, erməni kəndlilərinə toxunmasın. Xeyli xahiş-minnətdən sonra paşa razılıq verir, ancaq şərt qoyur ki, ermənilər ya dinlərini, ya da dillərini dəyişsinlər. Erməni camaatı dillərini dəyişməyə razılıq verirlər və uzun illər bu kafir uşağı yalnız azərbaycanca danışırlar. Ancaq sonrakı hadisələr təsdiq edir ki, ermənilərə dinlərini saxlamağa icazə verməklə çox böyük səhv ediblər. Çünki erməni dil və qandan, ruh və beyindən daha çox dininə görə ermənidir. Erməniliyin çağdaş dünyada meydan sulamasının ən böyük səbəbkarı da məhz bu dindir ki, bu "silahdan" nəinki bizlər, elə "xristian qardaşlar" da xeyli qəzəblidirlər...
Müasir erməniliyin nə qədər qorxulu şəkil aldığı barədə tam təsəvvür yaratmaq üçün Şellinqin "Mifologiya fəlsəfəsinə giriş" əsərindən oxuduğum və nə vaxtdan yaddaşımda ilişib qalmış parçadan gözəl ifadə tapa bilmədim: "İbtidai təfəkkür tanrının təkliyini ona görə qəbul etmir ki, onun vahidliyi haqqında nəsə bilir, sadəcə, bu təfəkkür başqa tanrıları təsəvvür etmək qabiliyyətində deyil. Hərgah, hər hansı xalqın təfəkküründə bu cür süni tanrı təsəvvürü yaranıbsa, o zaman həmin xalqın təfəkküründəki digər təsəvvürlər sıxışdırılacaq və bu, həmin xalq üçün əsl faciəyə çevriləcək".
Prinsipcə, müasir tarix bu cür əcaib nümunələrlə zəngindir. Hitler reyxinin sərsəm "ari irq" və "üstün insan" ideyasından tutmuş, Böyük Oktyabr İnqilabından sonra Ukraynada yaranmış milliyyətçilik məhz Şellinqin haqqında bəhs etdiyi "süni anlayışlarla" bağlı meydana çıxmış hərəkatlar idi. Ancaq uzun illərdən bəri sürüb gələn və nə qəribə ki, hələ də xislətinə uyğun qiymətini almayan erməni milliyyətçiliyi alman filosofunun xəbərdarlıq etdiyi əcaibliyin daha qabarıq forması olmaqla, özünün bir sıra daha iyrənc xüsusiyyətləri ilə hələ də fəaliyyətdədir.
Ümumiyyətlə, milliyyətçilik məsələsində hamı tərəfindən yekdilliklə qəbul edilmiş vahid rəy mövcuddur: milliyyətçilik ağlın yox, inamın məhsuludur. Ancaq bu mövzuya da erməni milliyyətçiliyi tərəfindən önəmli bir "töhfə" verilib. Əgər XIX əsr Avropasında milliyyətçilik "irqçilik" ideyasından qaynaqlanırdısa, ermənilər tamam başqa kökdən - dindən və kilsədən qidalanırlar. Doğrudan da, heç kəsə sirr deyil ki, erməni separatizmi və milliyyətçiliyi sırf erməni dininin, erməni kilsəsinin ehkamları üzərində bərqərardır. Erməni "astvas"ının doğub-törədiyi və bu xalqın başına yeritdiyi sərsəm ideyaların tarixi isə nə qədər qədim olsa da, müasir erməniliyin xarakterik xüsusiyyətlərinə nəzər salmaq kifayət edir ki, nəyin, haradan qaynaqlandığını müəyyən edəsən.
Əvvəlcə erməniliyin siyasi dünyagörüşünə xas bir neçə önəmli nəticələrinin üzərində dayanaq. Erməni siyasi dünyagörüşünün əsasını fərdlərin və toplumun öz subyektivliyini qorumaq, xarici dünyaya təsir etmək (burada hər şey dada yetir: göz yaşlarından, şivəndən başlamış, terrora qədər) təşkil edir. Ermənilərin siyasi düşüncəsinin əsasında dayanan analiz və deduksiya da məhz buradan doğur. Ancaq bu analiz və deduksiyanın naqisliyini də başa düşmək lazımdır. "Biz seçilmiş xalqıq" şüarı ilə "qeyri-adi xalq" anlayışına inanan bu toplumdan başqa bir şey gözləməyinə də dəyməz. Ona görə də erməni təfəkküründə dünyada baş verən bütün hadisələrin əsl mahiyyətinin qara qəpik qədər dəyəri yoxdur. Onlar bütün baş verənlərə yalnız uzun illərdən bəri xarakterlərində, təfəkkürlərində formalaşmış subyektivliyin və "seçilmiş"liyin gözüylə baxırlar. Bu "seçilmişliyin" və "ali"liyin necə və nə cür beyinlərə yeridilməsinə gəlincəsə, məncə, erməni "alimləri" arasında böyük nüfuza malik Rafael İşxanyanın "İllüstrasiyalı erməni tarixi" kitabından gətirdiyimiz sitat bu mifin "elmiliyinin" dərəcəsini bariz göstərir: "Hər bir xalqın olduğu kimi, ermənilərin də öz antropoloji xüsusiyyətləri var. Ermənilər "armenoid" adlanan fizionomiyaya malikdirlər".
Yaxud: "Albalının vətəni Ermənistandır. Belə ki, ermənicə "dziran" olan albalıya qədim romalılar "armeniakum", yəni "erməni albalısı" deyirdilər. Və ya akkadlar dağ keçilərinə "arman" (ola bilsin ki, daha qədimdə "armaid") deyirdilər. Bu da "erməni dağ keçisi" deməkdir".
Əslində, İşxanyan kimi "alimlərin" belə "kəşflərini" qətiyyən təsadüf hesab etmək olmaz. Bütün bunlar erməni din xadimlərinin əsrlər boyu, hətta İsanın və Tanrının adından da yalanlar uydurmasının məntiqi nəticəsidir. Məsələn, məşhur erməni arxiyepiskopu İosif, I Pavelə həsr etdiyi kitabında "Nuh Afeti, Afet Homeri, Homer Tirası, Tiras Torkomu, Torkom Haykı doğdu ki, o da Nemvrodla birgə Babil qülləsini tikməyə başladı. Erməni dövlətinin ilk yaradıcısı da məhz Hayk olub və ona görə də biz ermənilər özümüzü "Haykın övladları" adlandırırıq" yazmaqla, özlərini birbaşa Nuhun nəticəsinin nəvələri hesab etdiyini deyir.
Belə baxanda, bu din xadiminin yazdıqları yanında İşxanyan elə də böyük qələtə yol verməyib, deyilmi?
Həqiqətən, erməniliyin anatomiyasına, inkişafına nəzər saldıqda elə ilk baxışdanca məlum olur ki, bunların indi bütün dünyaya qarayara kimi yaydıqları problemlər millətlərin və bəşəriyyətin tarixində nə əvvəlinci, nə də sonuncudur. Və bütün "qarayara"nın da mənbəyi birbaşa erməni dinindən gəlir. Fəqət bir az uzağa gedəndə məlum olur ki, sən demə, erməni siyasətinin aparıcı qüvvəsi olan erməni dini əslində, heç xristianlığa da aid bir şey deyilmiş. Məsələn, bu gün sadə ermənilərin özləri tərəfindən də "görəsən, "xristian" adı altında nə vaxta qədər gedə biləcəyik", "maraqlıdır, "xristianlıq" olmasaydı, müasir Ermənistan olardımı" kimi suallar baş qaldırırsa, deməli, "sarsılmaz erməni gücü"nün silahı olan erməni dininin özü lax bir şeymiş.
Ancaq bunun üçün bir qədər əvvəldən başlamaq zorundayıq. O vaxtdan ki, ermənilər Xalkidon Yığıncağından sonra Tanrıya və Oğlu İsaya necə kələk gəldilər...
Ermənilərin xalis provoslavlıqdan dönüb, bidətçi olmaları haqqında dolaşan söz-söhbətlərdənsə, provoslav ilahiyyatçısı Oleq Atanın özünü dinləmək daha əfzəldir. Onun söylədiyinə görə, hələ xalis provoslav olduqları dövrdə ermənilər bütün provoslavların Xalkindon Yığıncağına gəlirlər və burada monofizitlikdən (İsanı ilahiləşdirməyə meyl) qəti olaraq imtina haqqında qərar qəbul edilir. O zaman bir qrup erməni Yığıncağın bu qərarından narazı qalaraq, geri dönürlər. Geriyə qayıtdıqdan sonrasa hamıya xəbər verirlər ki, guya Xalkindon Yığıncağı monofizitliyi qəbul edib. Ancaq bu yalanın üstü Xalkindonda qalan ermənilərin geri qayıtmasıyla açılır. Erməni yepiskopluğu isə özünəvurğunluqdan və lovğalıqdan həqiqəti görməkdən imtina edərək, erməni kilsəsini İsa kilsəsindən uzaq salır.
Beləliklə, məhz bu dövrdən başlayaraq, erməni kilsəsi ermənilərin maraqlarını və mənafelərini xristian dinindən, Tanrıdan və İsadan üstün tutaraq, tarix boyu təkmillətli din və kilsə yaratmağa nail oldular. İndi erməni kilsəsi yalnız xristianlığa etiqad edənlərin deyil, həm də eyni inama, eyni mənəvi dəyərlərə və eyni prinsiplər ətrafında birləşən bütün xaç suyuna çəkilmiş ermənilərin birliyidir.
İlahiyyatçı Kronşdatski isə yazır: "Provoslavlığın qaydalarından çoxdan uzaq düşən erməni kilsəsi İsa Kilsəsindən tam təcrid olunub ki, bu da din üçün ən qorxulu meyldir. Yüksək rütbəli kilsə xadimləri tərəfindən (burada katalikosa da eyham vurulur) ayinlərdə bir sıra qeyri-provoslav əməllərə yol verilir. Məsələn, liturgiyanın duzlu çörəklə və su qatılmamış çaxırla keçirilməsi".
Məşhur dinşünas alim Proxorşikov isə "Xalq ruhu" əsərində ermənilərin bu təcridini tək onların özü üçün yox, həmçinin bütün xristianlıq üçün bəla sayır: "Erməni kilsəsi özünü çoxdan xristian aləmindən təcrid edib və birmillətli kilsəyə çevrilib. İndi bu kilsə başqa bidətçilərlə - roma-katolik kilsəsinin papistləri ilə yaxınlaşmaya gedir".
Həqiqətən, erməni dininin xarakterinə, ayinlərin və duaların xüsusiyyətlərinə fikir verəndə görürsən ki, bu din provoslavlıqla çox ciddi, özü də əsaslı surətdə fikir ayrılığındadır.
Məlumdur ki, Tanrı və İsaya münasibətdə provoslavlıq orta mövqedə dayanır, yəni İsanın insanlığı və tanrılığı bərabərdir. Ancaq erməni kilsəsi "Tanrının oğlu" İsanı cismani olaraq qəbul etməməkdən əlavə, həm də İsanın insan mövcudiyyətinin Tanrıya doğru nəzərəçarpacaq dərəcədə yerdəyişməsinə rəvac verir ki, bu da bidətçilikdir. Beləliklə, bu kilsə provoslavlığın təməl ehkamını kobud şəkildə pozur və İsanın insanlığını onun tanrılığı tərəfindən tamamilə udulmasını qəbul edir.
Müqəddəs İqnati Bryançaninov Qafqaza səyahətdən sonra xatirələrində yazırdı: "Erməni kilsəsi provoslavlığa yaxındır, ancaq onlar uzun müddət təkmillətli kilsə olduqları üçün qətiyyən bidətçilikdən əl çəkmək istəmirlər. Onların təkmillətli kilsə olmaları bu adamlarda dinə münasibətdə mənasız qürur hissi yaradıb. Ancaq Tanrı lovğaları heç sevməz, onlara xeyir-dua verməz".
Ermənilər tarixin müxtəlif dönəmlərində sabit və uzunmüddətli dövlətə sahib olmadıqları halda, birliklərini qoryub saxlamağa nail olublar ki, buna görə də yalnız yaratdıqları bidətçi kilsəyə borcludurlar. Dünyanın bütün ermənilərini bir yerə yığan, Qarabağda döyüşən Suriya, Efiopiya ermənilərini də çəkib bu diyara gətirən məhz bu din və bidətçilikdir. Belə ki, adıçəkilən ölkələrin erməniləri də məhz eyni ideyanın daşıyıcılarıdırlar.
Ermənilər dinlərinə münasibətdə maraqlı əməllər sahibidirlər. Onlar dövrün tələblərinə uyğun olaraq, bəzən ayinlərdən də müvəqqəti olaraq uzaqlaşıblar. Məsələn, Yezidin xəlifəliyi dövründə ermənilərə ikonalar qarşısında dua etməyi qadağan etmişdilər. Bu zaman onlar şəkilləri yazılarla əvəz edirlər. Yaxud qısa müddət ərzində Türkiyədə yaşayan ermənilərin osmançılıq ideyasını qəbul etmələri də bu biqələmunluğun göstəricidir.
Məhz bu tarixi ənənənin nəticəsidir ki, Ermənistan iqtidarlı-müxalifətli, kişili-qadınlı, qocalı-cavanlı əsrlərdən bəri təfəkkürlərə hopmuş vahid erməni millətinin məmləkətidir. Və nəinki bizlərdən, hətta dünyanın bütün qeyri millətlərindən fərqli olaraq bu xalq öz keçmişinə ayrı-ayrı, bir-birilə əlaqəsi olmayan hadisələr yığını kimi baxmır, əksinə minillər boyu yaşadıqlarını mənəvi mədəniyyət kimi qəbul edir. Erməni milləti heç vaxt, heç nəyi unutmur. Daxildə bir-birlərini qırsalar belə, həmişə öz dövlətlərini, dövlətçiliklərini hər şeydən yüksəkdə tutublar.
Bu baxımdan, Ermənistan bu gün qarşımızda yalnız işğalçı bir məmləkət kimi deyil, həm də millətinin uzun əsrlər boyu beyninə yerləşmiş sərsəm ideyalarını dəstəkləyən, bu ideyalara sahib duran, onları dünya siyasətinin ümumi xəttinə salmağa cəhd edən adamların rəhbər olduqları bir dövlət kimi dayanır. Təsəvvür edirsinizmi, hər hansı ölkənin xarici işlər naziri qonşu dövlətin ərazisində yerləşən bir məkan, yaxud bölgə haqqında ağzı yana-yana danışır, buranın tarixən özlərinə məxsus olduğunu deyir, hətta bu yerlərə iddia edir. Belə bir "xoşbəxtlik" və "şıltaqlıq" yalnız Ermənistana və onun dövlət adamlarına nəsib ola bilər. Ermənistanın sabiq xarici işlər naziri Oskanyanın məşhur "National Geografe" dərgisinə verdiyi müsahibədən bir məqama diqqət edin: "Ararat Yerevandan o qədər də uzaq deyil, vur-tut 40 kilometrdir. Və hər bir erməni səhər-səhər yuxudan duran kimi yad ərazidə yerləşən bu müqəddəs dağa həsrətlə baxır, sanki əl uzatsan çatacaq. Ararat erməni millətinin taleyində ən ağrılı yerdir və hər bir erməni inanır ki, nə vaxtsa çox azad şəkildə bu dağa çıxa biləcək....". Azərbaycanda isə illər uzunudur, hətta ən radikal partiyaların rəhbərləri belə "sülh danışıqlarının limitinin tükənmədiyi qənaətindəyəm" fikriylə ya özünü, ya da milləti aldatmaqla məşğuldur. Maraqlıdır, bunlar millətinin ərazi iddialarını, beyninə yeritmiş olduğu sərsəm ideyaları özündə təcəssüm etdirən dövlət adamlarıyla hansı danışıqlardan dəm vururlar?
...Bəli, son illərin hadisələriylə bağlı Ermənistan və ermənilərə qarşı apardığı siyasətə yenidən baxmaq zərurəti qarşısındayıq. Erməniyə tək Qarabağ işğalçısı, tarixən Azərbaycan torpaqlarına sahiblənən haramzada, terroru dövlət səviyyəsində təşkil edən və yürüdən bir toplum kimi deyil, özünün qədim taixi, yüzilliklər boyu dünya siyasətinə əl qoymağı bacaran millət kimi baxmaq lazımdır. Biz yalnız ermənilərlə deyil, ali sosiologiyanın, dünya siyasətinin qlobal problemi ilə üz-üzəyik. Bu vəziyyətdəsə Azərbaycanın seçməli olduğu variantların sayı o qədər də çox deyil...
İlham TUMAS
[email protected]

1569