Dəvəçi rayonunun adı dəyişdiriləcək
Rayon ərazisindəki Yenikənd yaşayış məntəqəsi isə Dəvəçi adlandırılacaq
Azərbaycanın Dəvəçi rayonunun adı dəyişdiriləcək. APA-nın məlumatına görə, bu gün Milli Məclisin Regional Məsələlər Daimi Komissiyasının iclasında bununla bağlı məslə müzakirə edilib.
Komissiya sədri Arif Rəhimzadə deyib ki, parlamentə Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran adlandırılması ilə bağlı qanun layihəsi daxil olub. Komissiya sədri Şabranın tarixi şəhər olduğunu, 5-ci əsrdə Sasani hökmdarlığı tərəfindən yaradıldığını, sovet hakimiyyəti dövründə isə həmin ərazidə yaradılan rayonun Dəvəçi adlandırıldığını qeyd edib.
A. Rəhimzadə Dəvəçi adının da saxlanacağını, bundan sonra həmin adın rayonun 20 kilometrliyində yerləşən Yenikənd yaşayış məntəqəsinə veriləcəyini deyib.
Layihə parlamentin iclasında müzakirə edilmək üçün tövsiyə olunub.

Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13