Anar Məmmədxanov: “day.az və today.az-ı satmaq üçün 2 aydır danışıqlar aparırıq” - EKSKLÜZİV
Layihənin yeni baş redaktoru İlqar Hüseynovdur
“day.az” və “today.az” layihələrinin yeni təsisçisi bir qeyri-hökumət təşkilatıdır. Bu məlumatı Lent.az-a layihələrin keçmiş rəhbəri, millət vəkili Anar Məmmədxanov verib. Millət vəkili həmin QHT-nin adını etik qaydalara görə açıqlamaq istəmədi: “Ehtiyac olsa, özləri bu barədə məlumat verərlər”.
Məmmədxanovun bildirdiyinə görə, layihələrin satılması ilə bağlı danışıqlar 2 aydır gedirmiş: “Nəhayət, proses başa çatdı və mən artıq təsisçiliyi təhvil verdim”.
A.Məmmədxanov “day.az”-ın yeni baş redaktorunun adını da açıqladı: “Layihəyə rəhbərliyi böyük hörmət bəslədiyim İlqar Hüseynov (“Trend” İnformasiya Agentliyinin direktoru) həyata keçirəcək”.
Millət vəkili hələlik yeni layihə barədə fikirləşmədiyini dedi: “Bu barədə hələ düşünmürəm”.

Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13