Türkiyədə Azərbaycan həqiqətləri ilə bağlı sənədli filim çəkilir
Azərbaycan həqiqətləri və Xocalı soyqırımı haqqında dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə Türkiyədə sənədli filimin çəkilişlərinə başlanılıb. Lent.az-a daxil olan məlumata görə, Türkiyənin Qazi Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin aspirantı, soydaşımız Elnur Paşanın müəllifi olduğu film “ATA” TV-nin texniki dəstəyi ilə reallaşdırılır.
Filmdə təkcə Xocalı soyqırımı deyil, ümumilikdə ermənilərin tarix boyu azərbaycanlıların başına gətirdiyi faciələrdən, Qarabağ münaqişəsinin başlanmasından və erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyətindən də bəhs olunur. Sənədli filmdə Türkiyənin tanınmış tarixçiləri – “Turksam” Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan, Türk Tarix Qurumunun keçmiş başqanı Yusif Halaçoglu, Maras erməniləri üzrə araşdırmaçı Nejla Günay və digərlərinin fikirləri yer alıb.
Xocalı soyqırımının 17-ci ildönümü ərəfəsində çəkilişləri tamamlanacaq sənədli filmin Türkiyənin bir neçə nüfuzlu televiziyalarında yayımlanması ilə bağlı razılıq əldə olunub. Bundan əlavə, filmin SD formatında Türkiyədə və əksər Avropa ölkələrində də yayılması nəzərdə tutulur.

Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13