Xocalı soyqırımı Avropa gündəmində
İsveçin dövlət adamları və siyasi xadimlərinə Xocalı soyqırımı barədə məlumat verilib
Stokholmda Azərbaycan diasporunun fəalları İsveç parlamentinin spikeri Per Westerberqlə görüşüblər. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, görüşdə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırım aktı barədə geniş danışılıb. Spikerə məlumat verilib ki, soyqırım zamanı 613 nəfər öldürülüb, müxtəlif yaşlı 1000 dinc sakin əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər dinc sakin girov götürülüb. Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətini Beynəlxalq Cinayət Məhkəməsinə verilməsi ilə bağlı araşdırma apardığı barədə də danışan diaspor fəallarımız Per Westerberqə bütün zəruri tədbirlərdə Azərbaycan mövqelərini, haqq işini yüksək səviyyədə dəstəklədiyinə görə təşəkkür edirblər. Görüşdə İsveç parlamentinin rəhbərinə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrdən bəhs edən “Erməni terroru” kitabı təqdim edilib. Qeyd edək ki, Per Westerberqə İsveçdə indi hakimiyyətdə olan Moderat Partiyasını təmsil edir.
“Azərbaycan naminə” Cəmiyyətin üzvlərinin daha bir görüşü isə müxalifətdə olan Sosial-Demokrat Partiyasının rəhbərliyi ilə olub. Partiyanın lideri Mina Sahlinlə söhbətdə də ermənilərin 17 il əvvəl Xocalıda törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib. Soydaşlarımız İsveç parlamentinin deputatları ilə də eyni məzmunlu görüşlər keçiriblər.
İsveçdəki “Azərbaycan naminə” Cəmiyyətin sədri Nadir Hollendranddır.
Pərvin ABBASOV

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59