İşdən çıxarılan həbsxana rəisləri məsuliyyətə cəlb oluna bilər
Vəzifəsindən çıxarılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin nəzdindəki 5 cəzaçəkmə müəssisəsinin rəisləri barəsində cəza tədbirləri görülə bilər. Bu barədə Lent.az-a açıqlamasında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib. O bildirib ki, əgər müəyyən araşdırma aparılıbsa və işdən çıxarılan rəislərin əməllərində cinayət tərkibi varsa, onlar müvafiq şəkildə cəzalandıralacaq: “Ancaq indidən konkret heç nə söyləmək olmaz”.
F.Qurbanov işdən uzaqlaşdırılan rəislərin yerinə başqa şəxslərin təyin olunacağını da əlavə edib.
Qeyd edək ki, artıq ədliyyə mayoru Mirsaleh Seyidov 15 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl fəaliyyətlərindəki nöqsanlara və kobud qanun pozuntularına görə ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrə əsasən 3, 6, 11, 14 və 15 saylı müəssisələrin rəisləri tutduqları vəzifələrdən azad olunublar. 15 saylı müəssisənin rəisi Yusif Allahyarov isə birdəfəlik ədliyyə orqanlarından xaric edilib.
Pərvin ABBASOV

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59