Türkiyənin Azərbaycan siyasətində heç bir dəyişiklik yoxdur”
Türkiyə Səfirliyi: Gəzən söz-söhbətlər üzərində hazırlanan xəbərləri şərh etmək doğru deyil
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə-Ermənistan danışıqlarında bu ölkənin işğal altında olan Azərbaycan torpaqlarının boşaldılması şərtindən imtina etməsi barədə yayılan xəbərlərlə əlaqədar açıqlama yayıb.
Səfirlikdən Lent.az-a verilən məlumata görə, açıqlamada bildirilib ki, bəzi televiziya və qəzetlərdə Türkiyə-Ermənistan danışıqlarında Dağlıq Qarabağ haqqında iddialar yer alıb. Türkiyə rəsmilərinin Dağlıq Qarabağla əlaqədar açıqlamaları Azərbaycan mətbuatında geniş işıqlandırılıb.
“Türkiyənin Azərbaycanın ərazi bütövlüyünə verdiyi önəm məlumdur, bu yöndəki siyasətimizdə heç bir dəyişiklik olmayıb. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın, dövlət naziri, baş nazirin müavini Cəmil Çiçəyin və TBMM Türkiyə – Azərbaycan Dostluq Qrupunun rəhbəri Mustafa Kabakçının açıqlamalarında Türkiyənin Dağlıq Qarabağ mövzusunda həssaslığı açıq şəkildə vurğulanıb. Türkiyənin xarici siyasətinin əsas hədəflərindən biri bütün qonşu ölkələrin mövcud olan problemlərinin aradan qaldırılmasıdır. Türkiyə ilə Ermənistan arasındakı ikitərəfli əlaqələrin normallaşdırılması üçün danışıqlar da bu çərçivədə davam edir. Digər tərəfdən, Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ probleminin həlli üçün danışıqlar aparılır. Bu çərçivədə istər Dağlıq Qarabağ probleminin həllinə dair cəhdlər, istərsə də Türkiyə-Ermənistan arasındakı danışıqların gedişatı ilə bağlı Türkiyə rəsmilərinin qardaş Azərbaycan rəsmiləri arasında mütəmadi görüşləri keçilir, fikir mübadiləsi aparılır”, - deyə açıqlamada qeyd olunub.
Səfirlikdən bildirilib ki, hər iki prosesin uğurla nəticələnməsi istiqamətində mətbuat orqanlarında vaxtaşırı bu mövzuda yayılan və gəzən söz-söhbətlər üzərində hazırlanan xəbərləri şərh etmək doğru deyil.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59