Amerikadakı erməni lobbisi cinayətdə ittiham edilir
ABŞ-ın ən böyük erməni lobbi təşkilatı - Amerika Erməni Milli Komitəsi növbəti qalmaqalla üzləşib.
APA-nın ABŞ bürosunun xəbərinə görə, “Vaşinqtonda Vətəndaşların Məsuliyyəti və Etikası” (VVMT) adlı nüfuzlu qeyri-hökumət təşkilatı ədliyyə naziri Erik Holder, dövlət vergi qurumu olan Daxili Gəlirlər Xidmətinin rəhbəri Duqlas Şulman, Senatın baş katibi Nensi Erikson və Nümayəndələr Palatasının klerki Lorian Millerə müraciət edərək Amerika Erməni Milli Komitəsinin fəaliyyətinin rəsmi araşdırılmasına başlamağı tələb edib.
Təşkilat adları çəkilən rəsmilərə yolladığı 7 səhifəlik müraciətdə komitənin Qərb Regionu (qərargahı Los-Anceles şəhərində yerləşir), İanə Fondu və Ermənistanda qeydiyyata alınmış Erməni İnqilabi Federasiyası – Daşnaksutyunun fəaliyyətlərinin də araşdırılmasını istəyib. Çünki qanuna uyğun olaraq ABŞ-da xarici qurumların lobbiçiliyini etməyə, siyasi liderləri dəstəkləməyə və onların seçki fondlarına maliyyə yardımlar göstərməyə icazəsi olmadığı halda, erməni komitəsi uzun müddətdir bu işlərlə məşğul olur. VVMT bildirir ki, Erməni Milli Komitəsi ABŞ-da Erməni İnqilabi Federasiyasının, yəni daşnakların lobbiçiliyi ilə məşğuldur, halbuki təşkilat qeydiyyatdan keçərkən bu tipli fəaliyyətə icazə almayıb.
Qeyri-hökumət təşkilatı xüsusi qeyd edib ki, Erməni İnqilabi Federasiyası Bürosunun üzvü, ABŞ vətəndaşı Viken Hovsepyan vaxtilə Türkiyənin Filadelfiyadakı Konsulluğunu partlatmağa cəhd göstərib. VVMT Amerika Erməni Milli Komitəsinin qanunsuz lobbiçilik fəaliyyətini işıqlandıraraq qurumun Azərbaycana qarşı apardığı siyasətlə bağlı maraqlı faktları da üzrə çıxarıb. Məsələn, Konqres üzvləri arasında təbliğat aparılaraq Bakı-Tiflis-Qars kəməri Ermənistandan keçmədiyi üçün layihəyə ABŞ tərəfindən dövlət yardımının göstərilməməsinə nail olunub, “Azadlığı Müdafiə Aktı”na Azərbaycan əleyhinə 907-ci düzəliş qəbul edilib, qondarma “soyqırım”ın tanınması üçün fəaliyyət aparılıb və aparılır.
VVMT-nin hesabatında bildirilir ki, 2005-2006-ci illərdə erməni komitəsinin İanə Fondu təşkilata qanunsuz olaraq 200 min dollar pul köçürüb. 2008-ci il oktyabrın 24-də komitə ABŞ prezidentliyinə Barak Obamanın, vitse-prezident postuna Cozef Baydenin, Senata 15 nəfərin, Nümayəndələr Palatasına isə 211 şəxsin namizədliyini dəstəkləyib.
Xatırladaq ki, bu, Amerika Erməni Milli Komitəsinin üzləşdiyi ilk qalmaqal deyil. Komitənin sədri Murad Topalyan 2000-ci ildə 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun 1980-ci ildə Türkiyənin BMT-dəki nümayəndəliyinin ofisi qarşısında həyata keçirilmiş terror aktının təşkilatçısı olduğu sübuta yetirilib.

2546