Ərdoğan: “Qarabağ məsələsində Azərbaycanın haqlılığı bəllidir”
Türkiyənin Qarabağla bağlı mövqeyində dəyişiklik etməsi barədə məlumatlara münasibət bildirib
“Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimizdə Azərbaycanın rəsmi mövqeyindən fərqli hər hansı dəyişiklik yoxdur. Biz mövqeyimizi bərabər müəyyənləşdirmişik və bu günə qədər eyni istiqamətdə davam etdirməkdəyik”.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Azərbaycandakı bəzi qəzetlərin Türkiyənin Dağlıq Qarabağ probleminə dair siyasətində dəyişiklik olduğunu yazması ilə bağlı jurnalistlərin sualını cavablandıran R. T. Ərdoğan bu xəbərləri Azərbaycanın daxilindəki bəzi qrupların öz siyasi məqsədləri üçün yaydığını deyib: “Belə bir şey söhbət mövzusu deyil. Biz Azərbaycanın rəsmi mövqeyini bölüşən ölkəyik və indiyə qədər də bu mövqenin arxasında dayanmışıq. Qarabağ məsələsində Azərbaycanın haqlılığı bəllidir və bu, BMT qərarlarında da əksini tapıb”.
Xatırladaq ki, “Azadlıq” radiosunun (“Radio Liberty”) Ermənistan xidməti Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağla bağlı şərtindən vaz keçdiyi barədə məlumat yayıb.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59