Mustafa Kabakçı: “Türkiyənin Azərbaycan siyasəti dəyişməyib”
“Türkiyənin Azərbaycan siyasətində heç bir dəyişiklik yoxdur, ola da bilməz”.
Bunu APA-ya eksklüziv açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçı deyib. Millət vəkili Türkiyənin Ermənistan münasibətlərinin yaxşılaşdırılması üçün işğal altında olan Azərbaycan torpaqlarının boşaldılması tələbindən vaz keçdiyi barədə məlumatın həqiqəti əks etdirmədiyini vurğulayıb: “Bu barədə məlumat yayılandan sonra Türkiyənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxladım. Oradan mənə Türkiyənin Azərbaycanla bağlı siyasətində heç bir dəyişiklik olmadığını dedilər. Mən Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri olaraq, Türkiyə dövlətinin mövqeyini bildirirəm. Dağlıq Qarabağ problemi təkcə Azərbaycanın yox, həm də Türkiyənin məsələsidir. Ortada Azərbaycan tərəfinə edilən bir haqsızlıq var, Dağlıq Qarabağ işğal edilib. Bizim torpaqların erməni işğalçılarının boşaltması ilə bağlı şərtdən vaz keçməyimiz mümkün deyil”.
Qeyd edək ki, Azadlıq radiosunun (“Liberty”) Ermənistan xidməti Türkiyənin işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması tələbindən vaz keçdiyi barədə məlumat yayıb. Lakin Türkiyə XİN bu günə qədər məlumatın təkzib edən açıqlama ilə çıxış etməyib.

Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59