Bir həftə Avropada
Bu gün Dünya Azərbaycanlılar Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı, Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin iştirakilə təşkilat nümayəndələrinin Belçika və İsveç krallıqlarına səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib.
Lent.az-ın məlumatına görə, S.Rüstəmxanlı DAK nümayəndə heyətinin səfərə 25 nəfərlik nümayəndə heyəti ilə yollandığını bildirib. Onun sözlərinə görə, səfəri məqsədi Azərbaycan həqiqətlərini hər iki ölkənin ictimaiyyətinə çatdırmaq, Belçika və İsveçin ictimai-siyasi təşkilatları, bu dövlətlərdə fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Kərkükün və digər türk diaspor qurumları ilə görüşlər keçirmək olub. 7-14 dekabrda gerçəkləşən səfər çərçivəsində Brüssel şəhərində DAK-ın Avropadakı Daimi Nümayəndəliyinin rəsmi açılış mərasimi olub. Həmçinin Belçika və İsveç parlamentində Güney Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ikiyə bölünməsi ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Firidun Pərviznia və Əjdər Tağızadə də Avropa səfərlərinin uğurlu olduğunu deyib.
Pərvin ABBASOV

Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13