Heydər Əliyevin indiyə qədər yayılmayan fotolarının sərgisi keçirilib –
Rusiya paytaxtında “Heydər Əliyev. Naməlum şəkillər” adlı sərgi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə “Ukrayna-Radisson” hotelində keçirilən sərgidə Azərbaycan Milli Məclisinin deputatları, xarici ölkələrin Rusiyadakı səfirləri, Dövlət Dumasının deputatları, Rusiya Federasiya Şurasının üzvləri, görkəmli ictimai və siyasi xadimlər iştirak ediblər.
Sərgi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunub.
Sərgidə qonaqlara mərhum prezident Heydər Əliyevin indiyə qədər heç yerdə nümayiş olunmayan fotoları təqdim olunub.
Fotolar 1984-cü ildə İrkutsk şəhərinin “Vostoçno-Sibirskaya pravda” qəzetinin fotomüxbiri Valeriy Karasev tərəfindən lentə alınıb. Valeriy Karasev həmin vaxt SSRI Nazirlər Kabineti sədrinin müavini olan Heydər Əliyevi Baykal-Amur Magistralının tikintisi zamanı keçirdiyi görüşlərdə müşayiət edib.
Bu zaman o, 1600-dən çox foto lentə alıb. V. Karasev həmin fotoları bir müddət əvvəl Azərbaycanın Rusiyadakı səfirliyinə təqdim edib.

Oxşar yazılar

Leyla Əliyeva Mehriban Əliyevanın doğum günü münasibətilə video paylaşdı
26 avqust 2025 , 00:37
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10
Laçın şəhərinin Azərbaycanın nəzarətinə keçməsinin ildönümüdür
26 avqust 2025 , 00:03
Mehriban Əliyevanın doğum günüdür
26 avqust 2025 , 00:00
Ermənistanın hücumları nəticəsində zərər çəkmiş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
25 avqust 2025 , 20:27
Bəxtiyar Paşa Azərbaycandakı vəzifəsindən azad olundu
25 avqust 2025 , 18:26
Donald Tramp: "İlham, Siz böyük lidersiniz"
25 avqust 2025 , 18:22