Parlamentin qarşısında aksiya-YENİLƏNİR
İctimai Palata (İP) Milli Məclisin (MM) qarşısında razılaşdırılmamış piket keçirməyə cəhd göstərib.
APA-nın məlumatına görə, aksiya iştirakçıları müxtəlif istiqamətlərdən MM-ə doğru irəliləmək istəsələr də, polis onların qarşısını alıb. Aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb, bir neçə nəfər saxlanılıb. Bununla da, İP-in MM qarşısında piket keçirmək cəhdi baş tutmayıb. Saxlanılanların sayı dəqiqləşdirilir.
Qeyd edək ki, aksiya zamanı MM növbəti iclasını keçirib.
***
İctimai Palatanın təyin etdiyi aksiyanın iştirakçılarından bir qrupu parlamentin binası qarşısına yaxınlaşmağa cəhd göstərib. APA-nın məlumatına görə, onlar bir sıra şüarlar səsləndiriblər. Lakin polis onların cəhdinin qarşısını alıb. Dörd nəfər saxlanılaraq ərazidən uzaqlaşdırılıb.
Aksiyanın qətnaməsini yaymaq istəyən AXCP sədrinin müşaviri Məmməd İbrahim və onunla bərabər olan daha 3 nəfər isə “Space” telekanalının binası yaxınlığında polislər tərəfindən saxlanılıb. Azərbaycan Texniki Universitetinin qarşısından MM istiqamətində yürüş cəhdinin də qarşısı alınıb, bir neçə nəfər polis tərəfindən tutulub.
Qətnamədə MM-də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna təklif edilən layihə pislənir. Milli Məclisin üzvlərinə müraciət olunaraq, təkliflərin əleyhinə çıxmaları istənilir.
Qeyd olunub ki, bu təkliflər vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, müxalifətlə əməkdaşlıq, ölkədə dinc demokratik dəyişikliklərin mümkünlüyünə inamı sarsıdır.
***
İctimai Palata razılaşdırılmamış piket keçirməyə cəhd göstərir.
APA-nın məlumatına görə, ərazini nəzarətə götürmüş polis əməkdaşları isə aksiya iştirakçılarının MM-ə doğru irəliləməsinə imkan vermirlər.
Keçmiş Əzizbəyov heykəli yaxınlığında bir qrup şəxsin aksiya keçirmək üçün MM-ə doğru irəliləməsinin qarşısı alınıb. Bir neçə nəfər saxlanılıb, aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıblar.
***
İctimai Palatanın (İP) bu gün saat 12.00-da Milli Məclisin (MM) binası qarşısına təyin etdiyi piketlə əlaqədar parlamentin binası və ətraf ərazi hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
APA-nın xəbərinə görə, saat 10.30-dan etibarən MM-in binasının ətrafında, Parlament prospekti boyunca polis əməkdaşları düzülüb.
Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov, digər rəhbər şəxslər də əraziyə gəliblər.
Prospektin kənarında olan avtomobillər ərazidən kənarlaşdırılır. Bununla belə, avtomobillərin prospekt boyu hərəkətinə məhdudiyyət qoyulmayıb.
Qeyd edək ki, İP Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirmək barədə qərar qəbul edib.
Bakı Şəhər İcra Hakimiyyəti isə İctimai Palatanın bu aksiyasının adıçəkilən yerdə keçirilməsini məqsədəuyğun saymayıb.

Oxşar yazılar

Vahid Əhmədovun oğlu hakim təyin ediləcək
7 aprel 2025 , 11:14
David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf etdi
4 aprel 2025 , 20:18
Eldar Əzizova yeni müavin təyin edildi
4 aprel 2025 , 19:05
Baxçalının yeni FOTOLARI - Türkeşin məzarını ziyarət etdi
4 aprel 2025 , 15:10
Putinin nə smartfonu, nə də interneti var - keçmiş kəşfiyyatçıdan rezonanslı MƏLUMATLAR
3 aprel 2025 , 19:46
Kamal Kılıçdaroğludan CHP sədrliyinə namizədlik sualına CAVAB
3 aprel 2025 , 18:03
Tramp fırıldaqçı kimi davranır – ABŞ Ukraynanın qanından necə pul qazanmaq istəyir?
2 aprel 2025 , 19:20