Rauf Arifoğlu: “Şahvələd Çobanoğlu xəncəri gözümüzə doğru qıcıyır ”
O bu fəaliyyətini bəzilərindən fərqli olaraq, səviyyəli və hər zaman etika çərçivəsində həyata keçirir. Şahvələd bəy haqqında hər zaman bir söz deyirəm ki, o əlində xəncər olan dostlarımızdandır. Amma namərd olmadığı üçün xəncəri kürəyimizə saplamır, sadəcə, gözümüzə doğru qıcıyır. Hesab edirəm ki, onun tənqidləri tamamilə yanlış və qərəzlidir”.
Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
R. Arifoğlu bildirib ki, “Yeni Müsavat”dakı məlum yazı məlumatlar əsasında qurulub və İctimai Palatanın “Yol xəritəsi”nin tezisləri əsasında hazırlanıb: “Nədənsə, bizim dostlarımız xoşlarına gəlməyən yazıların hamısının mənim hazırladığımı hesab edirlər. Amma tutaq ki, onların xoşlarına gələn və özlərinin paylaşdıqları yazıların müəllifinin isə mən olmadığını düşünürlər. Mənə qarşı belə uydurma və qərəzli münasibət var. Təəssüf edirəm ki, Şahvələd Çobanoğlu da həmişə olduğu kimi, opponentliyində səviyyəli də olsa, hər halda qərəzli danışır”.
R. Arifoğlu qeyd edib ki, ona qarşı irad irəli sürənlər özlərinin də, onun da tərcümeyi-halına baxsınlar: “Şahvələd bəylə bağlı fürsət düşmüşkən bir məqamı da qeyd etmək istəyirəm. O deyir ki, İsa Qəmbər və Əli Kərimli cəmiyyəti dözümsüzlüyə, mübarizəyə çağırırlar. Onların çağırışını həyata keçirən dürüst insanlar Rauf Arifoğlunun cəzasını versinlər. Burada bir sual yaranır. İsa Qəmbər və Əli Kərimli cəmiyyətə harada öz ismarışlarını verirlər, onların tribunaları haradır? Əsasən “Yeni Müsavat” qəzetində. Bu cür dəyərli insanlara belə bir tribuna imkanı yaratmışamsa, bu əməlimə görə təqdir olunmalıyam. Mənə qarşı bu kampaniyanın aparılması isə yolverilməzdir. Nə həmkarlıq münasibətlərinə, nə qəzetçilik anlayışına, nə demokratiya meyarlarına sığan məsələdir”.
Jurnalist Şahvələd Çobanoğlu isə R. Arifoğlunun dedikləri ilə bağlı heç bir açıqlama verməyib.

Oxşar yazılar

III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - İlham Əliyev
19 iyul 2025 , 20:25
İlham Əliyevdən Ukrayna xalqına məsləhət: "Təslim olmayın"
19 iyul 2025 , 18:15
Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57