Vladimir Putin prezident İlham Əliyevi təbrik edib
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik məktubu göndərib. Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:
“Sizin ölkənizin iqtisadi, elmi-texniki, sosial-mədəni sahələrdə uğurları hamıya məlumdur. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır. Məmnunluqla qeyd edirəm ki, möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Siyasi dialoq, çoxplanlı praktiki əməkdaşlıq, regional məsələlərdə qarşılıqlı tərəfdaşlıq əlaqələri genişlənir. Əminəm ki, bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tam cavab verir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin fəallaşmasına kömək edir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, respublikanızın vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
21 iyul 2025 , 17:37
İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55
III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49