BMT üzvlərinə müraciət: “Stepanakert aeroportu” ilə əməkdaşlıq etməyin
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport açmaq istiqamətində atdığı addımlarla əlaqədar BMT baş katibinə məktub ünvanlayıb.
Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Onun sözlərinə görə, məktubda baş katib Ermənistanın Xocalı aeroportunu istifadəyə verməyə və işğal etdiyi Azərbaycanın əraziləri üzərindəki hava məkanından qanunsuz istifadə etməyə hazırlaşması barədə məlumatlandırılıb.
“Ermənistan qondarma «Artsakh Air company»” adlı şirkət yaradaraq Xocalı aeroportundan uçuşlar, o cümlədən hərbi xarakterli uçuşlar həyata keçirmək niyyətini nümayiş etdirib. Bu kimi cəhdlər beynəlxalq hüquqa hörmətsizlikdir, sülh prosesini pozur və regionda təhlükəsizliklə bağlı narahatlığı artırır”.
Azərbaycan tərəfi məktubda BMT üzvü olan ölkələri qondarma “Stepanakert aeroportu”nun Azərbaycan qanunvericiliyinə zidd fəaliyyət göstərdiyi, oradan həyata keçirilən bütün növ uçuşların qanunsuz olduğu və Azərbaycanla Ermənistanın da üzv olduğu İCAO-nun prinsiplərini pozduğu barədə xəbərdar edib.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyin ifadə olunduğu BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələrini nəzərə alaraq Azərbaycan hökuməti BMT üzvü olan bütün ölkələrə müraciət edir və diqqəti Ermənistanın qondarma aeroportun istismara verilməsi cəhdlərinin qanunsuz olduğuna yönəldərək bu dövlətləri qondarma “Stepanakert aeroportu” və “Artsakh Air company” ilə istənilən növ əməkdaşlıqdan çəkinməyə çağırır”.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
21 iyul 2025 , 17:37
İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55
III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49