Müqəddəs Vətən müharibəsi apardığımız bu günlərdə Azərbaycan Prezidentinin ünvanına təkcə Azərbaycandan deyil, qardaş Türkiyədən də məktublar gəlməkdə davam edir.
Lent.az həmin məktublardan bəzilərini təqdim edir.
İbrahim Uluer, Ankaradan yazır:
- Hörmətli cənab Prezident.
Mən Türkiyə vətəndaşı, şəhid qardaşı olaraq Azərbaycanı şərəfli mübarizəsində dəstəklədiyimi bildirirəm. Ölkəmin terrorla mübarizəsində iştirak etdiyimi, terrorla məşğul olan işğalçıların dinc əhalini rahat yaşamağa qoymadığını yaxşı bilirəm.
Mənim üçün Türkiyə də, Azərbaycan da vətəndir. Vətənimin hər qarışı mənim üçün müqəddəsdir. Şanlı qələbənizin qazanılması üçün irəlilədiyiniz yolda Sizinlə birlikdə addımlamaq mənim üçün şərəf olardı.
Can Azərbaycana uğurlar arzulayıram.
İnan Güvən, Atakum şəhərindən:
- Hörmətli cənab Prezident.
Ermənistanın işğalçı siyasətinə görə üzləşdiyiniz müharibə vəziyyətinə görə narahatlıq keçirsək də, Qələbənin mütləq Sizinlə olacağına inanırıq. Azərbaycana gələn bəla bizə də gəlmiş sayılır. Buna görə də hər bir türk bütün imkanları ilə Sizinlə birlikdə olduğunu bildirir. Mən də onlardan biriyəm. Türkiyə-Azərbaycan qardaşlığı əbədi davam edəcəkdir.
Sizə dəyən zərərin bizə dəydiyini düşünərək, hər zaman döyüşə hazırıq. Biz də Sizin əmrinizdəyik.
Öterkuş Mustafa Yılmaz oğlu. Malatyadan yazır:
- Hörmətli cənab Prezident.
Mən könüllü olaraq cəbhədəki azərbaycanlı qardaşlarımla birlikdə vuruşmağa hazıram. Sizin yolunuz haqq yoludur və bu yolda olmaq hər bir türk üçün böyük şərəfdir. Sizə Qələbə arzulayıram, cənab Prezident!
Ali Yalçın, Türkiyə Memur-Sen Həmkarlar Təşkilatının sədri:
- Hörmətli cənab Prezident.
Tarixi keçmişdən bu günədək daim Ermənistanın təcavüzkarlığının Azərbaycan dövlətinə və xalqına təhlükə törətdiyini görürük. Erməni terroruna və işğalına qarşı mübarizədə irəli sürdüyünüz qətiyyət şübhəsiz ki, təqdirəlayiqdir. Başda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla türk xalqı, o cümlədən rəhbərlik etdiyim qurum daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib. Azərbaycanın ərazi bütövlüyünü pozaraq işğalçılıq siyasətini davam etdirən Ermənistanın iç üzünü göstərmək, beynəlxalq qurumlara, təşkilatlara həqiqəti çatdırmaq üçün səylərimizi əsirgəmədik. Ortaq tariximiz, ortaq inancımız və ortaq iradəmiz üzərində birlikdə qurduğumuz “bir millət, iki dövlət” konsepsiyası ilə ortaq varlığımız var. Azərbaycan müstəqilliyini qorumalı və yaşatmalı olan qardaş ölkədir.
Allah bu mübarək səfərdə Sizə kömək olsun!
Hörmətli cənab Prezident.
Ermənilərin Azərbaycana qarşı təcavüzünü görüb sakit dayana bilmirik. Bizə də şərait yaradın, Qarabağ uğrunda biz də vuruşaq. Bu erməni cəlladları neçə illərdir türkə düşmən kəsilib. Artıq zamanı çatıb, onları Qarabağdan çıxarmalıyıq. Cənab Ali Baş Komandan, bir daha bildirmək istəyirəm ki, əmrinizi gözləyirəm.
Qardaşlarımla bir cəbhədə olmaqdan böyük qürur duyardım.
Metin Fahri Mehmet oğlu, Ablak Murat Bahri, Aşık Turan Hakkı Antalyadan:
Hörmətli cənab Prezident.
Biz bir millət, iki dövlətik. Biz türkük, qardaşıq, eyni kökdənik. Yola çıxmış olduğunuz bu uğurlu mübarizədə Rəbbim yardımçınız olsun. Canımızla, qanımızla azərbaycanlı qardaşlarımızın yanındayıq. Qulağımız səsdə, könlümüz yoldadır. Bir çağırış edin, yetər.
Hörmətlə,