“Gördüyünüz işlər tarix dərsliklərində öyrəniləcək” – Prezidentə yazırlar
30 sentyabr 2020 10:25 (UTC +04:00)

“Gördüyünüz işlər tarix dərsliklərində öyrəniləcək” – Prezidentə yazırlar

Müqəddəs Vətən müharibəsi apardığımız bu günlərdə Azərbaycan Prezidentinin ünvanına ölkənin hər yerindən müraciətlər gəlməkdə davam edir.

Lent.az həmin məktublardan bəzilərini təqdim edir.

Ucardan Tələt Əmirov yazır:

- Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Sizin rəhbərliyinizlə Qələbəyə doğru inamla addımlayır.

Ucar rayonunda məskunlaşmış məcburi köçkünlər Ordumuzun hər nailiyyətinə ürəkdən sevinirlər. Artıq böyük köçə, doğma yurdlarımıza qayıtmağa hazırıq.

Əziz Prezidentimiz, biz məcburi köçkünlər daim Sizinləyik, bütün qərarlarınızı dəstəkləyirik. İnşallah, Sizinlə qayıdıb abadlaşdıracağımız doğma torpaqlarda görüşərik.

 

Füzuli rayonu, Qayıdış-1 qəsəbəsinin sakinləri:

 

- Hörmətli cənab Prezident.

Uğurlarımız böyükdür, ordumuz qalibdir. Böyük Qələbə, bayrağımızın Şuşada dalğalanacağı gün uzaqda deyil.

Biz Qayıdış qəsəbəsində məskunlaşmışıq. Füzuli rayonunun kəndlərinin, o cümlədən kənd Horadizin azad edilməsi hamımızın böyük sevincinə səbəb oldu. Bizə bu sevinci yaşatdığınıza görə Sizə və şanlı ordumuza minnətdarıq.

Füzulililər fərəh və qürur içindədirlər. Allah Sizi qorusun. Yaşasın, qalib Azərbaycan!

Hörmətlə,

İsmayılov Ramil Əyyub oğlu

Heydərov Tehran Əbil oğlu

İbişov Taryel Kazım oğlu.

 

Professor, tarix elmləri doktoru, Əməkdar müəllim Musa Quliyevdən:

 

- Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun iki gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib.

Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımız tezliklə yağı düşməni tapdağından azad edəcəyik.

Cənab Prezident, Azərbaycan xalqı, o cümlədən alimləri, ziyalıları daim Sizinlədirlər. Qarabağ Azərbaycandır!

Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun.

 

Mehran Hematyar yazır:

 

- Hörmətli cənab Prezident Sizi ilk qələbə xəbərləri münasibətilə təbrik edirəm. Mən əslən Cənubi Azərbaycandanam. Həyat yoldaşım Azərbaycan vətəndaşıdır. Bakıda yaşayan ailəmiz bir əsgər böyüdür.

Ailəlikcə hamımız canımızı Azərbaycan yolunda fəda etməyə hazırıq. Hamımız Sizin arxanızdayıq. Allah Sizi qorusun.

İnşallah, Sizin rəhbərliyinizlə işğala son qoyulacaq. Yaşasın, Azərbaycan!

 

Abşeron rayonu, Masazır qəsəbəsindən Mirnihad Həşimov:

 

- Hörmətli cənab Prezident!

Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar hər bir vətəndaş kimi, məni də çox qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarix dərsliklərində əsrlər boyu öyrəniləcək.

Möhtərəm Ali Baş Komandan, Sizi daim dəstəkləyir və Zati-alinizə dərin minnətdarlığımızı bildiririk. Var olun, cənab Prezident!

 

Bakı şəhəri Binəqədi rayon sakinlərindən:

- Hörmətli cənab Prezident.

Əminik ki, Sizin rəhbərliyinizlə Qarabağımız qısa müddət ərzində işğaldan azad olunacaq. Ya Qarabağ, ya ölüm! Bizim başqa yolumuz yoxdur”

Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Biz Sizə inanırıq. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Həmin siyasət və güclü ordu ilə yaxın gələcəkdə torpaqlarımızı azad edəcəyik. Bu günü bizə yaşatdığınıza görə Sizə təşəkkür edir, Sizinlə fəxr edirik.

Yaşasın, Azərbaycan Ordusu! Var olsun, cənab Ali Baş Komandan!

Hörmətlə,

Gülverdiyev İsmayıl Gülbala oğlu

Hüseynov Elşən Elmixan oğlu

Adıgözəlov İsmayıl Gülbaba oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Professor Vaqif Şadlinski yazır:

 

Möhtərəm cənab Prezident.

Xalqımızın, hər bir sadə vətəndaşın ürəyi bu tarixi günlərdə fəxrlə döyünür, hər birimiz televiziya ekranlarının qarşısında qürurla zəfər sorağındayıq. Mənfur düşmənlərimiz özləri insaniyyətə zidd ideologiyalarının qurbanına çevrilərək silahımızın gücü qarşısında aciz qalıblar. Azərbaycanımızın Sizin müdrik rəhbərliyiniz sayəsində əldə etdiyi qələbələr, ölkəmizin dünya arenasında artan nüfuzu, gənclərin Vətənə sədaqət, milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması erməni-faşist rejiminin gününü qara edib.

Əziz Prezidentimiz, Siz Azərbaycanı alınmaz qalaya, şanlı Ordumuzu yenilməz qüvvəyə çevirmisiniz. Düşmən məhv edilir, qaçır. Azərbaycan əsgəri müqəddəs andına sadiq qalaraq torpağımızı azad edir. Biz qələbəni gözləyirdik, cənab Prezident! Bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan həkimləri və müəllimləri Sizin müsəlləh əsgərlərinizdir. Ali Baş Komandanımızın bizi tam qələbəyə çatdıracağına tamamilə əminik.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637

Oxşar yazılar