Yeniyetmələrə  XƏBƏRDARLIQ:   öpüşməyin, təhlükəlidir
28 oktyabr 2021 19:42 (UTC +04:00)

Yeniyetmələrə XƏBƏRDARLIQ: öpüşməyin, təhlükəlidir

London Universitet Kollecinin rəsmiləri xəbərdarlıq edir ki, yeniyetməlik dövründə romantik sərgüzəştlər gələcəkdə əks nəticə verə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu, ilk növbədə, "öpüş xəstəliyi" və ya mononükleoz infeksiyasına ( virusların səbəb olduğu yoluxucu bir xəstəlikdir) tutulmaq üçün kifayət qədər şanslı olmayanlara aiddir.

Bu romantik xəstəliyin problemi gələcəkdə dağınıq sklerozun inkişaf riskinin artması ilə nəticələnə bilər.

Mononükleozun öpüş zamanı tüpürcək yolu ilə yayıldığı məlumdur.

Son vaxtlara qədər ümumi qəbul edilirdi ki, dağınıq skleroza meyl mononükleozla birlikdə xəstəliyin ağır formasına gətirib çıxarır.

Ancaq əslində hər şey bir az fərqli görünür.

Britaniyalı ekspertlər müəyyən ediblər ki, yeniyetməlik dövründə mononükleozla yoluxma 10-15 ildən sonra dağınıq sklerozun inkişaf riskini ciddi şəkildə artırır.

Ancaq infeksiya zamanı gənclərin özləri üçün xəstəlik xüsusi bir təhlükə yaratmır.

Məlumdur ki, 2,4 milyon insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticələr çıxarılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9612
avatar

Oxşar yazılar