Yeməkdən dərhal sonra BUNLARI  etmək olmaz!
12 avqust 2021 12:30 (UTC +04:00)

Yeməkdən dərhal sonra BUNLARI etmək olmaz!

 

Səhər və ya nahar yeməyindən sonra, bəzən susuzluq hiss edirik. Bəzən isə yeməkdən sonra şirniyyat, yaxud meyvə yemək istəyi yaranır. Bir çoxlarımız hətta əksərən, yeməkdən dərhal sonra bir siqaret yandırıb, sanki yediyimizi "nuş" edirik. Əslində sadaladıqlarımızın hər biri həzm prosesinə hədsiz mənfi təsir edir.

Lent.az xarici KİV-ə istinadən yeməkdən sonra mütəxəssislər tərəfindən tövsiyə edilən qadağaları təqdim edir:

Yeməkdən dərhal sonra siqaret çəkmək: 
Yeməkdən dərhal sonra nə etmək olmaz
Yeməkdən sonra siqaret çəkmək bəlkə də ən təəssüf doğuran bir vərdişdir. Mütəxəssislər sübut edib ki, yeməkdən dərhal sonra siqaret çəkmək on siqaretin nikotini qədər orqanizmə zəhər ötürmək kimidir.

Yeməkdən dərhal sonra meyvə yemək:
Yeməkdən dərhal sonra nə etmək olmaz
Bu zaman normal həzm pozulur və mədəniz şişir. Meyvəni daha çox yeməkdən bir saat əvvəl və ya bir -iki saat sonra yeyin. Belə etdik də mədəniz sizə "minnətdar" olar.

Yeməkdən dərhal sonra çay içmək:
Yeməkdən dərhal sonra nə etmək olmaz
Çayın tərkibində yemək zamanı əldə edilən zülalın həzmini çətinləşdirən çox miqdarda turşu var. Ona görə də məsləhət görülmür.

Yeməkdən dərhal sonra bel kəmərini boşaltmaq: 
Yeməkdən dərhal sonra nə etmək olmaz
Əgər yemək yeyərkən bel kəməri taxmısınızsa, dərhal sonra onu boşaltmağa tələsməyin. Həzm prosesinə müdaxilə etmiş olursunuz. Bu zaman bütün qidalar dərhal bir yerə yığılacaq və yeməyin həzmi bir müddət tamamilə ləngiyəcək. 

 

Yeməkdən dərhal sonra duş qəbul etmək: 
Yeməkdən dərhal sonra nə etmək olmaz
Çimmək qollara, ayaqlara və bədənin bütün səthinə qan axınının artmasına səbəb olur. Buna görə də mədə bölgəsində qan axını azalacaq. Nəticəni özünüz çıxara bilərsiniz. 

 

Ayaqüstü qəlyanaltı etmək:
Yeməkdən dərhal sonra nə etmək olmaz
Belə bir söz var: 99 yaşına qədər yaşamaq istəyirsinizsə, yeməkdən sonra 100 addım atın. Ancaq bu sözə tam inanmaq olmaz. Gəzərkən həzm sisteminin qidanı düzgün həzm etmə qabiliyyəti zəifləyir, bir sözlə həzm prosesi ləng gedir ki, bu da arzuolunan deyil.

 

Yeməkdən dərhal sonra yatmaq:
Yeməkdən dərhal sonra nə etmək olmaz
Yeməkdən sonra yatıb "şirin" yuxuya gedənlər yeməyin daha yaxşı orqanizmdə paylandığını zənn edirlər. Unutmayın ki, özünüz özünüzə problem yaratmış olursuz - bu, qastritə səbəb ola bilər. Yatmaq olar, lakin yeməkdən bir müddət sonra...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3672
avatar

Rəsul SARI

Oxşar yazılar