Yediyimiz qidalar, çirkli hava, makiyajı təmizləməmək və s. kimi amillər üzdə səpkilərin yaranmasına səbəb olur. Onlardan xilas olmaq üçün müxtəlif üsullardan istifadə olunur.
Lent.az Türkiyə mətbuatına istinadən yağlı dərilərə uyğun maskanı təqdim edir:
Qreypfrutun yarısının suyunu sıxın, üzərinə 1 yemək qaşığı bal, 1 çay qaşığı yulaf əlavə edib qarışdırın. Alınan məhlulu 10 dəqiqə üzünüzdə saxlayın. Daha sonra isə ilıq su ilə dərinizi durulayın.