Dərini təmizləmək üçün sodadan istifadə etdikdən sonra üzünüzün daha təmiz, aydın və parlaq olduğunu müşahidə edəcəksiniz.
Lent.az mütəxəssislərə istinadən bildirir ki, soda tərkibində olan asitlər səbəbindən dərinin üzərindəki bakteriyaları yox edir, məsamələri açır, dərinin nəfəs almasına kömək edir, dərini təmizləyir və nəmləndirir.
Maskanın hazırlanması və tətbiqi:
2 xörək qaşığı sodanı bir qədər suda isladın. Barmaqlarınızı sodaya batırıb, ehmalca üzünüzə sürtün və onun üzünüzdə qurumasını gözləyin və 10 dəqiqədən sonra üzünüzü ilıq su ilə yuyun. Daha sonra üzünüzə nəmləndirici krem çəkin.
Qeyd: Maskanı quru, həssas və qıcıqlanmaya meyilli dərilərə tətbiq etmək olmaz. Belə maska üzdə 10 dəqiqədən çox saxlanılmamalıdır. Dəriyə düşməsini yoxlamaq üçün əvvəlcə kiçik bir nahiyəyə nazik qat çəkib yoxlamaq lazımdır. Əgər qızarma və ya qıcıqlanma müşahidə olunmazsa, maskanı üz dərisinə çəkmək olar. Sodanı heç vaxt tək halda dərinizə çəkməyin. Onu həmişə su və ya başqa tərkiblərlə qarışdırın ki, maskanın effektivliyi yüksək olsun. Belə maskanı həftədə 1 dəfədən tez etmək məsləhət görülmür.