2022-ci ildə dünya bir milyard peyvənd şprisi çatışmazlığı yaşaya bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın baş məsləhətçisi Liza Xedman bildirir ki, hər il dünyada 6 milyard peyvənd şprisi istehsal olunur. Hazırda elə vəziyyət yaranıb ki, istehsal azalıb. Buna görə də növbəti ildə şpris istehsalında 1 milyard azalma ola bilər.