Statistikaya əsasən dünyada 40 yaşdan yuxarı 50% insan yüksək təzyiqdən əziyyət çəkir. Təzyiqi isə mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi dərmanlar mövcuddur. Həmin dərmanları isə həkimlərin təyin etməsi çox vacibdir.
Bəs, təzyiqi preparatsız azaltmaq mümkündürmü?
“Nanə qan təzyiqini azaltmaq üçün ən vacib vasitədir”
Lent.az xəbər verir ki, bunu tibb elmləri namizədi Evgeni Timakov deyib.
Onun sözlərinə görə, nanə çox faydalı xüsusiyyətə malikdir və insan sağlamlığını müsbət təsir edir.
“Nanə qan damarlarındakı spazmı aradan qaldırır və həmin damarları genişləndirir. Nəticədə bu da təzyiqin azaldılmasına kömək edir. ”,-Timakov bildirib.
Həmçinin, həkim qeyd edib ki, nanəni aşağı qan təzyiqi olan insanlar ehtiyatla istifadə etməlidir. Bu bitki mədə şirəsinin ifrazını stimullaşdırdığına görə onu qastrit və ya mədə xorası olan insanlar az yeməlidir.
Timakov deyir ki, nanə uşaqların qida rasionunda olmamalıdır. Amma körpələrdə köp sancıları baş verirsə, bu zaman diqqətli formada istifadə oluna bilər.