Südün bilmədiyimiz faydaları
15 dekabr 2022 16:09 (UTC +04:00)

Südün bilmədiyimiz faydaları

Qadınlar hər yaşda gənc görünən dəriyə sahib olmaq istəyirlər.

Lent.az-ın məlumatına görə, dərinin gənc və sağlam qalması üçün süd vacib rol oynayır.

Hər kəsin mətbəxində olan süd dərinin qırışmasının qarşısını alır, dəri hüceyrələrini cavanlaşdırır və yeniləyir. Hər gün 1 stəkan süd içməklə canlı, parlaq və işıqlı dəriyə sahib ola bilərsiniz.

Hər gün 1 stəkan süd içmək hüceyrələrin yenilənməsini təmin edir və dərini bərpa edir. Dəri üçün çox qidalı olan süd qüsurları aradan qaldırır və onu hamar edir. Süd içməyin və dərinin üzərinə çəkməyin faydalarını bu yazıda tapa bilərsiniz.

Quru dərini nəmləndirir

Süd əla təbii nəmləndirici də hesab edilir. Süd içməklə dərinizin nəmini bərpa edə bilərsiniz. Süd dərini sakitləşdirir, soyulmanın və qıcıqlanmanın qarşısını alır.

Dərinin səthini gücləndirir və onu xarici amillərə qarşı daha davamlı edir. Süd dərinin daha dərin təbəqələrinə daxil olur və dərinizi içəridən baxım və nəmlənməsini təmin edir.

Dərini təmizləyir

Məsamələrdə kir, yağ və makiyaj qalıqlarının yığılmasının qarşısını alır. Məsamələri açır və nəfəs almasına şərait yaradır. Dəridə sızanaq və qara nöqtələrin yaranmasının qarşısını alır. Məsamələr üçün əla tonik kimi də istifadə edilir.

Süd məsamələri və dərini təmizlədiyi kimi, sıxılmasına da kömək edir. Dərini toplayır və sallanmasının qarşısını alır.

İltihabı azaldır. Süddə ölü dəri hüceyrələrindən, qara və ağ nöqtələrdən qurtulmağa kömək edən beta hidroksi turşusu adlı aşındırıcı maddə var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Arzu Qurbanlı

Oxşar yazılar