"Sehrbaz" tərəfindən hazırlanan bitki şərbətini qəbul edən və təsdiqlədiyinə görə tənqidlərlə üzləşən Şri Lankanın səhiyyə naziri COVID-19 –a yoluxub.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi Pavitra Vannyaraççinin ölkənin koronavirusa yoluxan ən yüksək vəzifəli məmuru olduğunu təsdiqləyib. Onunla ünsiyyətdə olanlara özünü təcrid etmələri təklif edilib.
Həkimlər şərbətin koronavirus müalicəsi olaraq istifadə edilməsinin heç bir elmi əsasının olmadığını söyləyiblər. Tərkibində bal və Hindistan qozu olduğu deyilir.
Dekabr ayında minlərlə insan paytaxt Kolombodan şimal-şərqdəki Keqalle şəhərində Vannyaraççi və ölkə hökumətinin bir neçə nümayəndəsinin nümayişkaranə şəkildə onu içmələrindən sonra şərbəti almaq üçün toplaşıb.