Şəkərli diabetə tutulma riskini təxminən 30 faizə qədər azaldan ucuz məhsulun adı açıqlanıb.
Lent.az xəbər verir ki, mütəxəssislər, qatıqdan müntəzəm istifadənin şəkər xəstəliyinə tutulma riskini 28%, qaraciyər xərçəngi riskini 5,4%, həftədə ən azı iki porsiya qatıq qəbulunun isə ümumiyyətlə xərçəngdən əvvəlki şiş riskini 19% azaltdığını göstərən araşdırma aparıblar.
Alimlər bildirir ki, qatıq həm də bədənin yağın udulmasına mane ola bilər və arıqlamaq istəyənlərə kömək edə bilər. Zəngin yod, D, B2 və B12 vitaminləri və sink mənbəyidir. Söhbət qatqısız, şəkərsiz təbii məhsuldan gedir.