Qriplə bağlı valideynlərə RƏSMİ ÇAĞIRIŞ
08 fevral 2023 15:50 (UTC +04:00)

Qriplə bağlı valideynlərə RƏSMİ ÇAĞIRIŞ

“Soyuq aylarda respirator virus infeksiyalarının çox yayıldığı müddətdə xəstə uşaqların bağçaya, məktəblilərin isə dərsə getməmələri tövsiyə olunur”.

Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov dəyişkən havalarda virusdan qorunmadan danışarkən deyib.

O bildirib ki, soyuq aylarda geyimlər düzgün seçilməlidir:

“Hətta işləyən şəxslərin də bir müddət ev şəraitində müalicə almaları tövsiyə edilir. Çünki xəstə insanın 2-3 gün evdə qalıb ən azından yoluxuculuq müddətinin bitməsini gözləmək məqsədəuyğundur. İnanırıq ki, yaza doğru xəstə insanların sayı azalacaq və indiki kimi təşviş də olmayacaq. Payız-qış mövsümündə xəstələnmə sayının çox olması təbiidir. Sadəcə bu dövrdə məsuliyyətli olmaq lazımdır. Xəstə insanlarla təmasda olan şəxs qoruyucu maskadan istifadə etməli və digər gigiyenik qaydalara ciddi əməl edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004
avatar

Oxşar yazılar