Qış aylarındakı dietik QİDALAR  hansılardır ? - DİETOLOQ DANIŞIR
14 dekabr 2021 15:48 (UTC +04:00)

Qış aylarındakı dietik QİDALAR hansılardır ? - DİETOLOQ DANIŞIR

“Əvvəlcə bunu deyim ki, arıqlamağın mövsümü yoxdur. Önəmli olan düzgün qidalanma proqramı ilə arıqlamaqdır. Əslində, qış aylarında çəki itkisindən qorxan insanların səbəbləri də çox məntiqlidir. Çünki mövsümə bağlı virus və bakteriyalar qış aylarında daha çox artır. Viruslara qarşı immunitetimiz zəif olduqda  hər an xəstələnə bilərik”. 

Bu fikirləri Lent.az-a açıqlanmasında dietoloq Reyhan Cabbarlı  deyir.

O bildirir ki, günümüzdə məşhur dietalar çoxdur. Təəssüf ki, bunların çoxu pəhriz saxlayan şəxsin günlük enerji ehtiyacının heç yarısını da qarşılamır:

“İmmunitetimiz bu pəhrizlərə görə getdikcə zəifləyir. Çünki uzun müddətli  yanlış qidalanma orqanizmdə vitamin, mineral və əzələ əksikliklərinə səbəb olur” 

Dietoloq oxucularımıza qış aylarında sağlam arıqlamağın yolları haqqında məsləhətlərini bildirib. O qeyd edir ki, əsas olan pəhriz deyil, orqanizminizi yaxşı tanımağınızdır. Gündə neçə dəfə qidalanacağınıza siz qərar verməlisiniz. Önəmli olan  nüanslara fikir verin:

1. Gündə minimum 2 pors meyvə yeyin. Mövsüm meyvələrini seçin və mümkün qədər qabıqlı meyvələr yeyin. 

 2. Hər əsas yeməyin yanında mütləq mövsümi göyərtilər olmalıdır. Yeməkləri qatı yağ yerinə təbii duru yağlarla bişirin. 

3. “Fast food” qidalarda heç bir lif və vitamin olmadığı üçün  boş yerə alınmış yüksək kaloridir, mütləq bu qidaları qida rasionunuzdan çıxardın.

 4. “Heç susamıram, su ehtiyacım yoxdur” deməyin. Sağlam bir insan orqanizmasının  qış aylarında günlük minimum 1-1.5 litr su ehtiyacı var. Bu ehtiyac kilonuza, yaşınıza  və qidalanmanıza görə çox dəyişə bilər. Su ehtiyacınızı çay içərək qarşılamayın. Unutmayın ki, çay suyu əvəz eləmir. Orqanizmimizdə eyni funksiyaları yerinə yetirmir. Yaşıl çay dietalar zamanı qurtarıcı, möcüzəvi içki kimi göstərilir. Bu yalanlara inanmayın. Çünki heç bir qida tək başına orqanizminizə sağlamlıq gətirə bilməz . Günlük maksimum 3 fincan çay, kofe (şəkərsiz) içmək olar. Təyziqi aşağı olmayanlar çayına limon ataraq çaydaki kafein miqdarını azalda bilər. 

R.Cabbarlının dediyinə görə, düzgün  və yetərli qidalanma proqramı ilə istənilən mövsümdə artıq kilolarınızdan qurtula bilərsiniz. Önəmli olan özünüzü aclıqla sınayıb, sağlam kilo verməyi düşünməyin:

“Unutmayın, önəmli olan arıqlamaq deyil, sağlam şəkildə arıqlamaqdır” 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4158
avatar

Sevinc Fərid

Oxşar yazılar