Qəsdən özünü koronavirusa yoluxdurdu:  öldü
22 oktyabr 2021 08:18 (UTC +04:00)

Qəsdən özünü koronavirusa yoluxdurdu: öldü

Moskvalı qadın özünü və qohumlarını qəsdən yoluxduraraq koronavirusdan ölüb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə “Semeynaya” klinikasının tibb direktoru Pavel Brand öz “Facebook” səhifəsində məlumat verib.

O, iki qızı ilə COVID-19-a yoluxan rəfiqəsinə baş çəkməyə gedib. Nəticədə əri də ondan koronavirusa yoluxub. 

Vəziyyəti qəflətən ağırlaşıb və həkimlərin yardımından imtina edib. Sonra xəstəxanada vəfat edib. Qızlarından birinin də xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. 9 yaşlı qız hətta reanimasiyaya düşüb, lakin vəziyyəti getdikcə yaxşılaşıb. İkinci qızı və əri isə COVID-19-u yüngül formada keçiriblər.  


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8835
avatar

Oxşar yazılar