“Koronavirusun mutasiya etmiş variantından daha təhlükəli növü yayıla bilər”.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə virusoloq Vitali Zverev bildirib.
Mütəxəssis əminliklə qeyd edib ki, hazırda dövriyyədə olan koronavirusa qarşı peyvəndlər hər hansı bir mutasiya variantının öhdəsindən gəlməlidir.
Zverevə görə, insanlar mutasiyalardan daha çox yeni koronavirus infeksiyasının ortaya çıxmasından ehtiyat etməlidirlər və hazırkı peyvəndlər bu virusun qarşısında aciz qalacaq.