Litvanın paytaxtı Vilnüsdəki “Santara” klinikasının 79 həkimində BioNTech və Pfizer peyvəndi vurulandan sonra koronavirus aşkarlanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə klinikanın Yoluxucu Xəstəliklər Mərkəzinin rəhbəri, professor Liqita Yançorene məlumat verib.
“Bunun peyvənd ilə əlaqəli olmadığını söyləmək lazımdır, mümkündür ki, bu insanlar peyvənd zamanı virusa sahib olublar. Peyvənd qeyd sınaqlarına baxdıqda, ilk peyvənd dozasından sonra xəstəlik riskinin cəmi 12 gündən sonra 20 faizə endiyi aydın olur”, - professor vurğulayıb.
Yançorenenin sözlərinə görə, yoluxanlar mütləq ağır bir koronavirus formasına sahib olmayacaqlar, asemptomatik bir forma da mümkündür. İndi həkimlər yeddi ilə on və ya 14 gün aralıqlarla test edilir. Onların əksəriyyətinin səhhətindən şikayət yoxdur.