Hay Şaulyan
14 sentyabr 2021 16:23 (UTC +04:00)

Hay Şaulyan

Peyvənd əleyhinə hərəkatın lideri koronavirusdan öldü

İsraildə koronavirusa qarşı peyvəndləmə hərəkatının lideri Hay Şaulyan koronavirusa yoluxaraq ölüb. 

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, fəalın sosial şəbəkələrdə peyvənd əleyhinə şüarlar yayıb: “Heç bir epidemiya yoxdur - peyvənd təhlükəlidir və yararsızdır”.

Şualyan virusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilib və oksigen aparatına qoşulub.

“Çıxarıb üç metr gəzsəm, huşumu itirərəm. Şiddətlə öskürürəm və özümü boğulmuş kimi hiss edirəm”, - belə deyib.

Sonradan Yerusəlim polisinin onu zəhərləməyə çalışdığını, bu səbəbdən vəziyyətinin kəskin pisləşdiyini söyləyib. Başına bir şey gəlsə, bunun cinayətə cəhd kimi qiymətləndirilə biləcəyini xəbərdar edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10386
avatar

Oxşar yazılar