Peyvəndin əleyhinə çıxan Rusiya Kommunist Partiyası Yaroslavl regional fraksiyasının birinci katibi Aleksandr Vorobyov koronavirus infeksiyasından ölüb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, peyvənd əleyhinə olan siyasətçi, ağciyərinin 60 faiz zədəsi ilə bir COVID xəstəxanasına yerləşdirilib. Avqustun 12-də siyasətçi sosial şəbəkədəki blogunda özünü yaxşı hiss etdiyini yazıb, amma sonradan pisləşib.
Ürəyindəki problemlə də bağlı reanimasiyaya yerləşdirilən siyasətçi orada ölüb.
Vorobyov məcburi peyvəndin əleyhinə idi və peyvəndlərə qarşı piketlərə çıxmışdı.