Pəhriz saxlamadan arıqladan qidalar hansılardır?
03 fevral 2023 12:31 (UTC +04:00)

Pəhriz saxlamadan arıqladan qidalar hansılardır?

Arıqlamaq üçün cürbəcür pəhrizlər var. Ancaq bu pəhrizlər sağlamlığı ciddi şəkildə təhdid edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, pəhriz saxlamadan sağlam qidalanaraq və müəyyən qidaları müntəzəm qəbul etməklə də arıqlaya bilərsiniz.

Avokado

Avokado omeqa-9 yağ turşuları ilə çox zəngindir və arıqlamağa kömək edir.

Avokadonu müntəzəm olaraq istehlak etdikdə arıqlamağı təmin edir. Avokado həzm sistemini də tənzimləyir. Qəbizliyin qarşısını alır.

Ananas

Ananas antioksidantlar, fermentlər, minerallar, vitaminlərlə zəngindir. Tərkibindəki bromealin fermentləri ilə yağ yandırılmasını dəstəkləyərək arıqlamağa kömək edən meyvələr arasındadır.

Ananas maddələr mübadiləsini sürətləndirici təsiri ilə də arıqlamağı asanlaşdırır.
 
Darçın

Darçın qan şəkərini sabitləşdirir. Gün ərzində yaşanan aclıq və şirin böhranların qarşısını alır. Darçın həm də doyurucu xüsusiyyəti sayəsində həddindən artıq kalori qəbulunun qarşısını alır. Müntəzəm olaraq darçın istehlakı bədəndə yığılan yağların tez yanmasına kömək edir.

Kətan toxumu

Kətan toxumu omeqa yağ turşuları ilə zəngindir. Kətan toxumu bədəndəki piylərin əriməsini sürətləndirir və arıqlamağa kömək edir.

Gün ərzində tox saxlayır və kalori qəbulunu məhdudlaşdırır. Kətan toxumu həmçinin həzm sisteminin nizamlı işləməsinə kömək edir.

Limon

Limonun tərkibindəki C vitamini sayəsində həm immunitet sistemini gücləndirir, həm də enerji verir. Limon maddələr mübadiləsini aktivləşdirir, onun daha sürətli işləməsini təmin edir.

Limon xüsusilə qarın nahiyəsində piyləri yandırır. Arıqlamaq üçün limonu detoks suyu olaraq və ya salatlarda istifadə edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2016
avatar

Arzu Qurbanlı

Oxşar yazılar