Panika halında nə etmək lazımdır? - CAVAB
26 sentyabr 2022 10:13 (UTC +04:00)

Panika halında nə etmək lazımdır? - CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu panika ilə bağlıdır.

Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır. Həyəcən halı ilə eyni zamanda müxtəlif simptomlar da panika halı zamanı baş verə bilər.

Bəs, panika halının əsas simptomları nələrdir?

Lent.az xarici KİV-ə istinadən panika halının simptomlarını təqdim edir: 

“Ürək çırpıntısı” hissi

Tərləmə və titrəmə

Ağız quruluğu

İsti basma və ya titrəmə

Ölüm qorxusu və ya dəli olma qorxusu

Uyuşma, iynələnmə hissi

Boğulma hissi

Sinə ağrısı

Özünü pis hiss etmə (ürəkbulanma), baş gicəllənmə və ya halsız hiss etmə

“Dünyadan qopma” hissi və ya “başqa birisi” kimi hiss etmək

Panik atak zamanı baş verən fiziki simptomlar ürək və ya döş qəfəsi orqanları xəstəlikləri ilə əlaqəli olmur. Bu simptomlar əsasən, beyindən başlayıb bədənə yayılan sinir implusları nəticəsində yaranır. Bu impulslar adrenalin daxil olmaqla, bir çox hormonların ifrazı ilə nəticələnir. Bu orqanizm üçün “hücum et və ya qaç” siqnalı olaraq adlanır. Bu cür reaksiya insanlar təhlükədə olduqlarında normal sayılmaqdadır. Panika halı zamanı da bədən eyni şəkildə cavab verir. Bu zaman insan çox nəfəs almağa meyilli olur (hiperventilyasiya). Əgər panika halında çox nəfəs alıb versəniz, karbon qazının miqdarı qanda artmış olacaq və qanın turşuluğu dəyişəcəkdir. Bu daha çox simptomlara və “ürək çırpıntısı”, baş gicəllənmə, uyuşma və iynələnmə şikayətlərinin pisləşməsinə səbəb ola bilər.  Bu vəziyət insanı daha da qorxudur və beləcə daha çox nəfəs ala bilər. Həddən çox tənəffüs qısa müddətdə huşun itməsi ilə nəticələnə bilir. Lakin şüurun itməsi nadir görülən bir haldır.

Panik atak adətən 5-10 dəqiqə müddətində baş verir, bəzən dalğa şəklində 2 saata qədər də çəkə bilər.

Panika halını yüngülləşdirmək və rahatlamaq üçün mümkün qədər yavaş və dərindən nəfəs alın. Nəfəs alıb verməyə fokuslanın. Bir neçə dəfə, uzun və çox yavaş-yavaş nəfəs almanı təkrarlayın. Bəzi insanlar bir əlini qarını, digər əlini sinəsi üzərinə qoyub, qarınlarıyla nəfəs almalarını, həm yavaş, həm də dərin nəfəs almalarını daha rahat kontrol edə bilirlər. Dərin nəfəs alıb vermə texnikasını bilən və yerinə yetirən bir çox xəstə panika halına faydası olduğunu deyirlər.

Panik atak və Panik pozunutunun müalicəsi 

Əgər təsadüfi bir panika halı varsa, heç bir müalicəyə ehtiyac yoxdur. Təkrarlanan panika hallarının və ya Panik pozuntunun müalicəsi zamanı məqsəd bu vahiməli, qorxulu halların sayını və şiddətini azaltmaqdır. Müalicədə psixoterapiya və\ və ya dərman müalicəsindən istifadə oluna bilər.
 

# 2160
avatar

Oxşar yazılar

Çoxunuzun işlətdiyi bu dərman sizi COVİD-dən  QORUYACAQ

Çoxunuzun işlətdiyi bu dərman sizi COVİD-dən QORUYACAQ

9 dekabr 2022 , 19:27
Azərbaycanda "donuz qripi"  TƏHLÜKƏSİ   - AÇIQLAMA

Azərbaycanda "donuz qripi" TƏHLÜKƏSİ - AÇIQLAMA

9 dekabr 2022 , 18:05
Qripə daha çox  hansı insanlar yoluxur?   - CAVAB

Qripə daha çox hansı insanlar yoluxur? - CAVAB

9 dekabr 2022 , 14:20
Azərbaycanda qriplə bağlı  XƏBƏRDARLIQ

Azərbaycanda qriplə bağlı XƏBƏRDARLIQ

9 dekabr 2022 , 12:11
Dünyada koronavirusa  yoluxma və ölüm sayı   AZALIR

Dünyada koronavirusa yoluxma və ölüm sayı AZALIR

8 dekabr 2022 , 20:04
Günəbaxan tumlarının zərərləri nələrdir?

Günəbaxan tumlarının zərərləri nələrdir?

8 dekabr 2022 , 11:26
 Arıqlamaq üçün   nə etməliyik?

Arıqlamaq üçün nə etməliyik?

8 dekabr 2022 , 09:09
Alimlərdən XƏBƏRDARLIQ – Pandemiyadan sonra  sürətlə qocalırıq

Alimlərdən XƏBƏRDARLIQ – Pandemiyadan sonra sürətlə qocalırıq

7 dekabr 2022 , 17:46