Niyə  hər gün duş   qəbul etməməlisiniz - FƏSADLARI
17 mart 2025 17:36 (UTC +04:00)

Niyə hər gün duş qəbul etməməlisiniz - FƏSADLARI

Həkimlər bildirirlər ki, hər gün duş qəbul etməyə ehtiyac yoxdur və bu vərdiş hətta zərər verə bilər. Britaniyalı həkim Şeril Litqou qeyd edir ki, gündəlik duş qəbul etmək məcburi gigiyenik prosedur deyil. Üstəlik, həddindən artıq tez-tez yuyunmaq dərinin təbii qoruyucu baryerini məhv edərək ona zərər verə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, səhər duşu həqiqətən də stresi azaltmağa, gümrah hiss etməyə və toksinləri çıxarmağa kömək edir. Lakin gündəlik duş qəbul etmək, xüsusilə də isti su ilə, dərini quruda bilər, qıcıqlanma, qaşınma yarada və hətta orqanizmin infeksiyalara və allergenlərə qarşı müqavimətini azalda bilər.

Dəri həkimləri vurğulayırlar ki, həddindən artıq sabun və antibakterial vasitələrdən istifadə yalnız zərərli deyil, həm də faydalı mikroorqanizmləri məhv edir. Dərinin mikrobiomu pozulduqda, iltihab, ekzema və digər dermatoloji problemlər yarana bilər.

Şeril Litqou tövsiyə edir ki, hər gün tam duş qəbul etmək əvəzinə, əsas bədən hissələrinin – qoltuqaltı, qasıq və ayaqların təmizliyinə diqqət yetirmək kifayətdir. Bu, dərinin təbii mikroflorasını qoruyaraq quruluğun qarşısını almağa kömək edəcəkdir.

Mütəxəssislərin fikrincə, optimal yuyunma rejimi həftədə 2-3 dəfədir, lakin bu, insanın həyat tərzindən asılıdır. Məsələn, intensiv fiziki fəaliyyət, güclü tərləmə və ya çirklə təmasdan sonra duş qəbul etmək mütləq lazımdır. Bundan əlavə, təkcə yuyunma tezliyi deyil, suyun temperaturu da önəmlidir.

Çox isti duş dərinin lipid qatını məhv edərək onu xarici qıcıqlandırıcılara qarşı həssas edə bilər. Buna görə həkimlər ilıq su istifadə etməyi və yuyunduqdan sonra nəmləndirici vasitələrdən istifadə etməyi tövsiyə edirlər ki, dərinin nəmlik balansı qorunsun.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar